vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
17:49 | 3 dekabr 2016 | Şənbə Məqaləyə 818 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məşhur alimdən həyəcan siqnalı

«Bu, ictimai cəhətdən dağıdıcıdır»

Aqşin KƏRİMOV

Məşhur fizik, professor Stiven Houkinq hesab edir ki, hazırda Yer planeti özünün ən təhlükəli vaxtına qədəm qoymaqdadır. Modern.az saytının xəbərinə görə, Stiven Houkinq bu barədə «The Guardian» nəşrində yazdığı məqaləsində bildirib.

O, yazısında ali elitalarla və orta fəhlə sinfi arasında təbəqələşmənin dərinləşməsindən, miqrasiya və ekologiya problemlərindən söz açıb.

Alimin fikrincə, fabriklərin, iri müəssisələrin avtomatlaşdırılması, süni intellektin inkişafı iqtisadi bərabərsizliyə yol açır və gələcəkdə bu proses daha da sürətlənəcək.

«Bu amillər öz növbəsində dünyada artan iqtisadi bərabərsizliyi daha da sürətləndirəcək. İnternet və bu tipli müxtəlif platformalar çox az sayda insanın böyük gəlir qazanmasına gətirib çıxarır. Bu, elmi, texnoloji irəliləyişdir, amma ictimai cəhətdən də olduqca dağıdıcıdır» - deyə Houkinq bildirib.

Fizikin fikrincə, ən zəngin insanlar öz vaxtlarını telefonda, internetdə keçirirlər. Bu isə miqrasiya problemlərinin yaranmasına da gətirib çıxara bilir:

«Və budur, xarabalıq sakinləri «İnstagrama» baxır, miqrantların sayına qoşulur və daha yaxşı həyat axtarışı üçün yola çıxırlar. Bu miqrantlar öz növbəsində ölkələrin infrastrukturuna, itqisadi sistemlərinə yeni tələblərin gətirilməsinə səbəb olurlar».

Professor ekoloji problemlərə də toxunub: «Ekoloji problemlər, iqlim dəyişikliyi, qida məhsullarının istehsalı, planetdəki əhali çoxluğu, epidemiyalar, okeanların çirkələndirilməsi. Bütün bu problemləri həll etmək üçün yalnız birləşmək lazımdır. Mümkündür ki, yüz il sonra biz başqa planetlərdə koloniyalar yaradaq. Amma hazırda biz Yer kürəsini qorumaq üçün onunla əməkdaşlıq etməliyik» - deyə o çağırış edib.