vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
15:53 | 4 dekabr 2016 | Bazar Məqaləyə 888 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruhani ABŞ-ı hədələyib

«Təcili cavab addımları atacağıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Barak Obamanın İrana qarşı sanksiyaların müddətinin 10 il uzadılması barədə qanunu imzalayacağı halda cavab tədbirləri həyata keçiriləcəyini bəyan edib.

APA-nın verdiyi məlumata görə, ABŞ Konqresinin hər iki palatası İrana qarşı sanksiyaların 10 il müddətinə uzadılması barədə qanunu qəbul edib.

H. Ruhani isə hesab edir ki, ABŞ-ın niyyəti «Altılar»la İran arasında Tehranın atom proqramı ilə bağlı 14 iyul 2015-ci ildə qəbul edilən razılaşmaya ziddir. Həmin razılaşma bu il yanvarın 16-da qüvvəyə minib və atom proqrammı ilə bağlı üzərinə öhdəliklər götürən İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutur: «Biz razılaşmaya riayət etməyə çalışırıq. Lakin bu razılaşma pozulacağı təqdirdə biz təcili cavab addımları atacağıq».

Qeyd edək ki, dünən İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, əgər ABŞ sanksiyaların müddətini uzadarsa, Tehran atom proqrammı üzrə razılaşmanı həyata keçirməyi dayandıracaq.