vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
DÜNYA  
16:36 | 4 dekabr 2016 | Bazar Məqaləyə 789 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əgər ağıllı adamdırsa... »

Putin Trampdan danışdı

Banu ÇİÇƏK

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın NTV kanalına müsahibə verən Vladimir Putin bəyan edib: «Moskva ümid edir ki, ABŞ-a yeni prezident seçilən Donald Tramp öz məsuliyyətinin səviyyəsini dərk edir».

NTV -yə istinadən Rusiya prezidenti xatırladıb ki, Tramp, «kommersant və iş adamı olub» və əgər o bu gün biznesdə uğur qazanıbsa, bu o deməkdir ki, Tramp ağıllı adamdır.

«Və əgər ağıllı adamdırsa, bu da o deməkdir ki, Tramp bütünlüklə və kifayət qədər məsuliyyətini tez dərk edir. Biz bundan nəticə çıxararaq gözləyirik ki, o da məhz bu mövqedən çıxış edəcək», – deyə Putin əlavə edib. Müsahibə zamanı Putin Yaxın Şərqlə bağlı mövzuya da toxunub. Onun sözlərinə görə, «ərəb baharı»nın nəticələri barədə Yevqeniy Primakov da əvvəlcədən xəbərdarlıq etmişdi.

«Bəlkə də vaxtında onu dinləsəydik, hadisələrin bu cür inkişafı da baş verməzdi. Amma gərək birbaşa deyək, hadisələrin inkişafına praktiki olaraq birbaşa müdaxilə etməyimiz üçün bizim o zamankı imkanlarımız da məhdud idi», – deyə Putin mövqeyini açıqlayıb.