vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
23:28 | 9 dekabr 2016 | Cümə Məqaləyə 882 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Brent» bahalaşıb

Gələn il qiymət 55-65 dollar arası dəyişəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Neftin qiyməti şənbə günü Vyanada OPEK-ə üzv və qeyri-üzv neft hasilatçısı ölkələrinin görüşü öncəsi artmaqda davam edir. Modern.az saytı xəbər verir ki, «Report» xəbər verir ki, Londonun «ICE Futures» birjasında keçirilən hərrac zamanı «Brent» markalı neftin fevral fyuçersləri 0,56 faiz artaraq bir barelə görə 54,2 dollara çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında «WTI» markalı neftin yanvar fyuçersləri 1,28 faiz artaraq bir barel üçün 51,49 dollar təşkil edib.

«Westbeck Capital Management» analitiklərinin rəyinə görə, OPEK-in hasilatın məhdudlaşdırılması barədə razılaşması sayəsində 2017-ci ildə neftin qiyməti bir barelə görə arada 50 dolları ötməklə 55-65 dollar arası dəyişəcək.

Şənbə günü keçiriləcək Vyana görüşündə dəvət olunan 14 ölkədən Azərbaycan da daxil olmaqla 9 dövlət, o cümlədən Rusiya, Qazaxıstan, Meksika və Oman iştirak edəcəyini təsdiqləyib.