vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
18:22 | 9 dekabr 2016 | Cümə Məqaləyə 514 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Obama artıq keçmişdir»

Tramp istənilən qərarı qəbul – o cümlədən əvvəlkiləri ləğv edə bilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ekspertlər hesab edirlər ki, ABŞ prezidentinin Suriyada «mötədil yaraqlılar»a silah vermək qərarı bu ölkədəki müharibəni daha sürəkli edir. Amerikalılar bu durumla üzləşə bilər ki, münaqişənin müxtəlif tərəfləri onların silahı ilə bir-biri ilə vuruşmağa başlayar.

Suriyada müharibə yeni səviyyəyə qalxır. ABŞ prezidenti Barak Obama«Suriyada terrorizmlə mübarizə üzrə Amerika müttəfiqlərinə» silah tədarükünə formal məhdudiyyətləri götürüb. Kremldə bununla bağlı bildiriblər ki, bu cür qərarın «ən pis nəticəsi müxtəlif silah növlərinin, o cümlədən SZRK-nin terrorçuların əlinə keçməsi ola bilər ki, bu da bu xüsusda beynəlxalq konvensiyalara ziddir və ciddi təhlükə təşkil edir».

Obamanın mötədil deyilən müxalifətə silah vermək qərarı müəyyən mənada gözlənilən gözlənilməzlik olub. Gözləniləndir, çünki Amerikanın bu ölkədəki siyasətinin məntiqindən doğur – ABŞ burada silahlı müxalifətin müəyyən qruplarını dəstəkləyir.

Gözlənilməzdir, çünki məlumdur ki, Barak Obama uzun müddət bu addıma qarşı çıxıb və artıq heç kim proqniozlaşdırmırdı ki, Ağ Evi tərk etməyə bir az qalmış bu cür addım atacaq (2017-ci il yanvarın 20-də ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi olacaq). «Rosbalt»ın icmalçısı ekspertlərdən Amerika prezidentinin hərəkətinin Suriya müharibəsində qüvvələr tərtibini nə qədər dəyişə biləcəyi haqda fikirlərini söylməyi xahiş edib.

Ruisya EA ABŞ və Kanada İnstitutunun Yaxın Şərq münaqişələrinin analizi Mərkəzinin direktoru Aleksandr Şumilin əmindir ki, Suriya müxalifətinə Amerika silahının tədarükü Suriya münaqişəsindəki qüvvələr tərtibinə hiss olunacaq şəkildə təsir edəcək. Ekspert xatırladır ki, Barak Obama mötədil müxalifətə silah tədarük etməyi istəməyərək uzun müddət «dirəşib», lakin Konqres və ABŞ müttfəfiqləri buna təkid edirdi. Şumilin deyir: «İndi Hələbdə baş verənlərin pərdəsi altında təslim olub və tədarükə «yaşıl işıq» yandırıb».

Politoloq vurğulayır: «Əlbəttə, bu, çox ciddi mənəvi-psixoloji və siyasi siqnaldır».

Şumilinin fikrincə, «Amerika silahının ardınca ora başqa ölkələrdən də silah gedəcək, buna görə də müxalifət möhkəmlənəcək». O xüsusən də qeyd edir ki, Suriya «mötədillər»i Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən, Qətərdən, Türkiyədən də silah almağa başlaya bilər. Ekspert əmindir: «Qüvvələrin yenidən qruplaşması gedir. Orada güc tarazlığı bərabərləşir».

Moskva Karnegi Mərkəzinin elmi şurasının üzvü Aleksey Malaşenko hesab edir ki, Amerika silahının Suriya müxalifətinə tədarükü gec-tez başlanmalıydı, hər şey buna doğru gedirdi. Ekspert hesab edir: «Amerikalılar bu və ya digər formada dəstəklədiyi müxalifəti ata bilməzdi – bu, zəifliyin təzahürü olardı». Onun fikrincə, indi Suriya müharibəsində kəskinləşmə gözləmək lazımdır.

Xüsusən də Hələbdə döyüşlər başa çatdıqdan sonra «müxalifətin «hər cür pis islamçılara» da qarşı vuruşacağı Rakkada problem başlanacaq». Ekspert qeyd edir ki, «Təbii ki, bu, Rusiyaya xoş gəlməyəcək, çünki biz hesab edirik ki, yeganə qalib olmalı və orada şərtləri ancaq biz diktə etməliyik».

Onun fikrincə, Obamanın qərarı «tamamilə gözlənilən, qabiliyyətsiz addımdır». O eyni zamanda istisna etmir ki, ABŞ prezidenti seçilmiş Donald Tramp öz sələfinin qərarını ləğv edə bilər.

Malaşenkonun sözlərinə görə, problem bundadır ki, «Suriyadakı bütün xarici oyunçular daxili vəziyyətin girovudur. Həm də hər kəs orada öz müttəfiqini itirməkdən qorxur».

Ekspertin fikrincə, eyni zamanda Obamanın qərarı Hələbdəki duruma təsir etməyəcək. «Orada qatar artıq gedib».

Politoloq Suriyada durumu səciyyələndirərək əndişə ifadə edir ki, bu münaqişə uzun müddət gedə bilər: «Orada hanısa aydın və anlaşılan bir xətt, hansısa bir çıxış yolu yoxdur və bu elə bir sürəkli münaqişə olacaq ki, az-az görünüb».

Amerikalıların mötədil müxalifətə silah tədarükü zamanı üzləşəcəyi əsas problem budur ki, silah radikal islamçıların əlinə düşə bilər, həmçinin ABŞ-ın müttəfiqləri – kürdlərlə döyüşən qruplaşmaların əlində görünə bilər. Yaxın Şərq üzrə mütəxəssis Mixail Maqid «Rosbalt»a bu cür fikir bildirib. Ekspert qeyd edib:

«Ümumiyyətlə, ABŞ Suriyaya çoxdan silah tədarük edir. Əsas alıcı Şimali Suriyaya – Rojavaya nəzarət edən və Amerika aviasiyasının qoruğu altında İŞİD-lə döyüş aparan PKK kürdləridir».

Maqid deyib: «Əsədlə vuruşan Suriya müxalifətinə gəlincə, ABŞ  həmişə ona silah tədarükünün tərəfdarı olub. Məsələn, senator Makkeyn. Lakin burada problemlər var. Birincisi, söhbətin hansı qruplardan getdiyi aydın deyil. Müxalif qruplaşmaların əksəriyyəti ya radikal islamçılar, ya da onlarla koalisiyada olanlardır. Amerikalılar incə duruma düşə bilər – bu səbəbdən ki, hətta silahı mötədil qruplara versələr də, o, məsələn, ən-Nusraya satıla bilər. Və yaxud ciddi  hərbi gücə malik ən-Nusra sadəcə, silahı onlardan «sıxıb ala» bilər. Bu cür hadisələr artıq olub».

Onun sözlərinə görə, ikincisi, amerikalılar həm də ona görə çətin vəziyyətə düşürlər ki, artıq kürdlərə silah tədarük edirlər, PKK isə indiki anda Əsədin ən yaxın müttəfiqidir və onunla bir yerdə müxalifət təmsilçilərinin gizləndiyi Hələbə həmlə edir. Belə çıxır ki, kürdlər və müxaliflər öz aralarında Amerika silahı ilə vuruşacaqlar. Burası da var ki, bu cür birinci hadisə deyil.

«Düşünməyə meylliyəm ki, Obamanın bu addımı Əsəd, kürdlər, Hizbulla, İran və Rusiyanın birləşmiş qüvvələrinin Şimali Hələbə hücumundakı uğurlara cavabdır. Amma Obamanın xarici siyasəti necə vardısa, o cür də anlaşılmaz, amorf qalıb. Onun prezidentliyinin mahiyyəti bundadır – nə daxili, nə də xarici siyasətdə heç bir aydınlıq yoxdur, hansısa qeyri-müəyyən, ölüvay hərəkətlərdir. Müxalifəti gücləndirmək ona bu qədər mühüm idisə, niyə bunu əvvəldən etməyib? Amerikalıların Suriyadakı məqsədi anlaşılmazdır – ümumiyyətlə, İŞİD-i alt-üst etməkdən savayı nə istəyirlər?» – deyə Maqid sual edir.

Onun fikrincə, istənilən halda «Obama artıq keçmişdir. İndi hər şey ABŞ-ın gələcək prezidentindən asılıdır. O istənilən qərarı qəbul edə bilər – o cümlədən əvvəlkiləri ləğv edər». (Strateq.az)