vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
14:46 | 13 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Netanyahu xəbərdarlıq etdi

«Bizim uzun əlimiz indi daha uzun və qüdrətli oldu»

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin baş naziri Benyamin Netanyahu Bakıya səfərindən əvvəl, dekabrın 12-də axşam ABŞ-ın «Lookhed Martin» şirkətinin bu ölkəyə satdığı F-35 qırıcı-bombardmançı təyyarələrinin ilk partiyasını qəbul edib.

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, təyyarələrin İtaliyadakı aviabazalardan birindən İsrailə uçması hava şəraitinə görə bir neçə saat ləngiyib. Nəticədə təyyarələr gecə saatlarında Negev səhrasındakı İsrail aviabazasına çatıb.

Buna baxmayaraq Netanyahu təyyarələri şəxsən qarşılamaq üçün aviabazaya gedib. Bildirilir ki, İsrail ABŞ-dan radara yaxalanmayan, stels texnologiyalı F-35 təyyarələrini əldə edən ilk ölkə olub. Və bu təyyarələr İsrailin uzaq məsafələrdəki, o cümlədən İrandakı hədəfləri vurmaq imkanlarını artıracaq. Müqaviləyə əsasən ABŞ şirkəti İsrailə 50 F-35 təyyarəsi satacaq. Təyyarələrin hər birinin qiyməti 100 milyon dollardır.

«Bizim uzun əlimiz indi daha uzun və qüdrətli oldu»-Benyamin Netanyahu İrana eyhamla Nevatim aviabazasında F-35 təyyarələrini qarşılayarkən deyib.

Məlumata görə təyyarələrin İsrailə təhvil verilməsi mərasimində gecə saatlarına baxmayaraq ABŞ müdafiə naziri Eşton Karter də iştirak edib. Karter deyib ki, təyyarələr İsrailə regionda hərbi balansı saxlamaq üçün olduqca vacibdir.

F-35 təyyarələri ABŞ Hərbi Hava Qüvvələri tərəfindən ötən ilin avqustundan istifadə olunur. F-35 layihəsi Pentaqonun ən bahalı və irimiqyaslı silah layihəsidir.  İsrail ilin sonuna qədər iki eskadrilya F-35 təyyarəsinə malik olacaq.