vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
16:43 | 13 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 767 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ YPG-ni silahlandırır

Suriyadakı kürdlərə 7 helikopter silah göndərilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Pentaqonun bu addımı, Rakka əməliyyatının ikinci mərhələsi üçün atdığı bildirilir. Pentaqon rəhbərliyinin, Obamanın büdcə layihəsini imzalamasını gözləmədən, PKK-nın Suriyadakı silahlı qolu YPG-yə külli miqdarda silah göndərdiyi ortaya çıxıb.

ABŞ-ın bu addımı, Rakka əməliyyatının ikinci mərhələsi üçün atdığı bildirilir. Göndərilən silahlar arasında stinger (daşınan hava müdafiə raketləri) mərmiləri və zirehli vasitələrə qarşı istifadə edilə biləcək raketlər olduğunu da etiraf edən bir səlahiyyətli, ABŞ-ın Suriyada YPG-yə söykənən etibarlı bir bölgə meydana gətirməyi planladığını söyləyib. ABŞ-ın büdcə layihəsində Suriyadakı müxaliflərə, daşınan hava müdafiə raketlərinin (stinger) verilməsinə icazə verilir. Qeyd edək ki, YPG-yə göndərilən silahların 7 helikopter olduğu bildirilir.