vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
12:00 | 20 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2984 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vergi amnistiyası...

...Yoxsa borcların əsas hissəsinin ödənilməsi qrafiki?

Qubad İBADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Dekabrın 20-si Milli Məclisin «İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi»ndə 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə vergi amnistiyasını nəzərdə tutan sənəd layihəsinin müzakirəsi gözlənilir. Sənəd layihəsində nəzərdə tutulur ki, növbəti ilədək vergi borcu olanlar 2017-ci ilin yanvar ayında onun 30, fevral ayında 50, mart ayında isə 70 faizini ödəyərsə, borcun qalıq hissəsini ödəməkdən azad olunacaqlar. Bu isə onu deməyə əsas verir ki, müzakirəyə təqdim olunan sənədin icrası növbəti ilin 1-ci rübündə gözlənilən büdcə böhranın qarşısının alınmasına yönəldiləcək. Odur ki, bu sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılmasından daha çox vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının əsas hissəsinin ödənilməsinin təmin olunmasına xidmət edəcək.

Fikrimizcə, sənəd layihəsində müəyyənləşdirilmiş vaxt çərçivəsi və faiz dərəcələri mikro maliyyə imkanları, müəssisələrin iqtisadi durumu, eləcə də borclu vergi ödəyiciləri üzrə risk qrupları nəzərə alınmadan hazırlanıb, yeni iqtisadi gerçəkliyin tələblərini və borcların differensiallaşmasını imkanlarını özündə əks etdirmir. Odur ki, bu yanaşma xüsusilə də iri məbləğli şübhəli və ümidsiz borcların geri qaytarılmasında səmərə verməyəcək. Amma istənilən halda bu qərarı iqtisadiyyatın liberallaşdırması istiqamətində addım kimi qiymətləndirirəm. Yeri gəlmişkən onu da qeyd edim ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Məclisinin bu ilin yanvar ayının 31-də qəbul edib, hökumətə təqdim etdiyi «İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi»nin «Vergi-tarif və fiskal islahatlar» bölməsinin 4.1.-ci maddəsində vergi cərimələri hesablanan vergi ödəyicilərinin əlavə yüklərinin azaldılması vergi amnistiyasının verilməsi təklif olunurdu. Hesab edirəm ki, daha düzgün yanaşma ümumi vergi amnistiyası yolu ilə müxtəlif borc öhdəliklərinə fərqli və differensial yanaşmanın özündə əks etdirən bəzi borcların sıfırlanması, digərlərinin isə mərhələli silinməsi olardı. Eyni zamanda amnistiya üçün ayırmış 3 aylıq müddət çərçivəsi də adekvat hesab edilə bilməz. Çünki, iqtisadi böhran şəraitində maliyyə resursların səfərbər edilməsi üçün daha çox zaman tələb olunur.