vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
22:50 | 3 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 981 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hər il daha geri gedirik»

Eqina Bişariyan: «Biz millət kimi dərin quyunun içindəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

«2016-cı il arxaya doğru addım idi. Ermənistan hökuməti ölkəyə nəfəs almaq imkanı vermək üçün otuzdan artıq kredit götürüb». Report.az xəbər verir ki, bu fikirləri «Orinats yerkir» fraksiyasının sədri, «Erməni intibahı» Partiyasının liderlərindən biri Eqina Bişariyan deyib.

«Təbii ki, 2017-ci il bundan yaxşı olmayacaq, əksinə, bu ilə biz böyük yüklə daxil oluruq. Bu o deməkdir ki, bu il geriyə addım nöqteyi-nəzərindən ötən ildən də geri qalmayacaq», -  o qeyd edib. 

E.Bişariyan xatırladıb ki, Ermənistan parlamentinin son iclasında büdcə kəsirini tamamlayacaq 180 milyon ABŞ dolları dəyərində üç kredit sazişinin layihələri qəbul edilib: «Biz millət olaraq dərin quyunun içindəyik. Ermənistan hökumətinin vədlərinə baxmayaraq, hər hansı bir ciddi dəyişikliyin baş verəcəyinə inanmıram. Mən bu vəziyyətdən çıxış üçün heç bir zəmin görmürəm. Biz böyük məbləğdə kreditlər götürmüşük, bundan əlavə, xarici borcu ödəmək üçün hər il büdcədən azı 115 milyon ödəməli olacağıq».