vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
22:57 | 5 yanvar 2017 | Cümə axşamı Məqaləyə 2068 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ford Miçiqandakı zavodunu genişləndirir

700 milyon dollarlıq sərmayə 700 iş yeri və yeni bur zavod deməkdir

MÖVZU İLƏ ƏLAQƏLİ

Miçiqanda qərargahlanan Ford Motor şirkəti Meksikada maşın zavodu inşa etmək planlarını təxirə saldığını və onun əvəzinə Miçiqanın Flat Rok şəhərindəki zavodunu genişləndirəcəyini və beləliklə 700 yeni iş yeri yaradacağını bildirib. Fordun bu açıqlaması ABŞ avtomobil istehsalçılarını iş yerlərini əmək haqqının daha ucuz olduğu qonşu ölkəyə köçürdüklərinə görə qınayan Donald Trampın inaqurasiyasına iki həftə qalmış bir vaxta təsadüf edir. Tramp təndiqlərini əsasən Fordun rəqibi «General Motors»a yönəldib və Meksikada istehsal etdiyi kompakt maşınlara görə şirkəti «böyük sərhəd vergisi» tətbiq etməklə hədələyib.

Ford Meksikanın San Luis Petosi şəhərində 1,6 milyard dollarlıq zavod tikmək planını təxirə salıb və pulunu Miçiqanda qabaqcıl maşınların istehsalına investisiya edəcəyini bildirib.

«Yeni avtonom hibrid maşın, yəni uzaq məsafəni qət edə bilən batareya ilə işləyən elektrik SUV, hibrid «Mustang», hibrid F-150, hibrid Transit, iki yeni hibrid polis maşını, batareyanın simsiz doldurulması, 700 milyon dollarlıq sərmayə və ABŞ-da 700 yeni iş yeri.»

Fordun baş icraşı direkrotu Mark Filds bu qərarı bir az da olsa Trampla əlaqələndirir, amma əsas səbəbin Şimali Amerikada kompakt maşınlara marağın azalmasının olduğunu deyir.

ABŞ avtomobil sənayesinin işçiləri isə buna sevinirlər.

«Bu sərmayənin təsiri çox böyükdür. 700 milyon dollar- bu, yeni bir zavoda bərabərdir.»

Bu arada isə Tramp diqqətini ABŞ-ın ən böyük avtomobil istehsalçısı «Generals Motors»a yönəldib. Çərşənbə axşamı «Twitter»də yazdığı şərhdə Tramp ölkədən kənarda istehsal olunan maşınlara cəza vergiləri tətbiq edəcəyini deyib.

Şirkət isə buna cavab olaraq bildirib ki, Meksikada istehsal olunan maşınları Birləşmiş Ştatlarda satılmır.

Amma təhlilçilər deyir ki, bir çox şirkət artıq növbəti administrasiyanın məhsulların ABŞ-da istehsal olunmasına dair təzyiqləri davam etdirməsi təqdirdə nə edəcəklərini düşünməyə başlayıblar.

«Məsələn mən oxumuşam ki, «Apple» artıq zavodlarını Çindən ABŞ-a köçürməsinin neçəyə başa gələcəyini hesablamaq üçün araşdırma başladıb. Çox güman ki, başqa şirkətlərdə buna bənzər şeylər edir. Onlar alternativ planlar hazırlayır».

Hansı məhsulları harada istehsal etmək kimi qərarlardan əlavə, ABŞ şirkətləri həmçinin bu qərarlarının siyasi nəticələrini də nəzərə almalıdır. Bu isə, tənqidçilərin fikrincə, istehlakçıların seçimlərini məhdudlaşdıra bilər.