vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
07:48 | 6 yanvar 2017 | Cümə Məqaləyə 1135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, çox ciddi məsələdir»

Kerri: «Araşdırdıqdan sonra belə nəticəyə gəldilər ki, Rusiya hökuməti hücumlarla əlaqəlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın dövlət katibi Con Kerri Donald Tramp administrasiyasını kəşfiyyat qurumlarının mövqeyinə hörmətlə yanaşmağa çağırıb. APA-nın xəbərinə görə, bu barədə RİA Novosti bildirir.

«Mən gələcək prezidentin seçimləri barədə məlumatsızam. Xüsusi xidmət orqanları dəfələrlə araşdırdıqdan sonra belə nəticəyə gəldilər ki, Rusiya hökuməti həmin hücumlarla əlaqəlidir. Bu, çox ciddi məsələdir. Mənim bu insanlara böyük hörmətim var. Onlar Amerikada hər bir insanın hörmətinə layiqdirlər. Bu o demək deyil ki, onlar həmişə  haqlıdırlar», – deyə Kerri Trampın Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair bəyanatlara şübhə ilə yanaşması ilə bağlı sualı cavablandırarkən bildirib.  

Bundan əvvəl ABŞ-ın xüsusi xidmət orqanlarının nümayəndələri rusiyalı hakerlərin ölkənin seçki sistemlərinə və siyasi təşkilatlarının resurslarına hücum etdiyini bildiriblər. Bildirilir ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib.

Rusiya tərəfləri bütün ittihamları təkzib edir.