vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
10:02 | 6 yanvar 2017 | Cümə Məqaləyə 1177 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obama əsgərlərlə vidalaşdı

«Gözünüzü yummayın, müharibəyə də girməyin»

MÖVZU İLƏ ƏLAQƏLİ

Yanvarın 20-də öz postunu Donald Trampa təhvil verməyə hazırlaşan ABŞ Prezidenti Barak Obama orduya vida nitqi söyləyib.

Virciniya ştatındakı Fort Mayer (Fort Myer) hərbi hissəsinə  səfər edən Barak Obamanı Vitse-prezident Co Bayden, Müdafiə Naziri Eşton Karter və Baş Qərargah Rəisi, Ordu Generalı Cozef Danford müşayiət edib.

Obama burada etdiyi çıxışında ABŞ ordusunun ən böyük məsuliyyətinin Amerika xalqının dəstəyini və etimadını qazanmaq olduğunu bildirib.

Obama, «Xalqımızı qorumaq üçün gözünüzü yummayın, amma əsgərlərimizin canını təhlükəyə atmamaq üçün çox tələsik davranaraq müharibəyə də girməyin» ifadəsini söylədi.

Nazir Karter Obamaya müraciət öncəsi ölkəyə xidmətlərinə görə ABŞ ordusunun adına olan medal təqdim edib.