vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MEDİA-QHT  
23:26 | 27 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1147 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Access Bankdan Nemət Orucova qarşı təxribat

QHT sədrini heç bir əsas olmadan get-gələ salıblar

VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Access Bankın Binəqədi filialı QHT sədrinə qarşı təxribat edib. İctimai Maraqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin (İMMM) sədri Nemət Orucov saytımıza bankda başına gələn hadisəni VAXT.AZ-a danışıb. N.Orucovun sözlərinə görə, elektron Visa Classik kartı almaq məqsədilə ötən həftə bankın Binəqədi rayon filialına müraciət edib: «Orada müəyyən sənədləşdirmə işləri aparıldı, daha sonra rüsumu ödədim. Bank müəyyən etdi ki, dekabrın 27-də mənə Visa Klassik kartı verəcək. Dekabrın 27-si, səhər saatlarında bankın filiallına müraciət etdim. Bu zaman mənə dedilər ki, kart nahardan sonra sizə təqdim ediləcək. Nahardan sonra yenidən banka getdim, təxminən bir saat məni gözlətdilər. Bir saatdan sonra isə bildirildi ki, kartım hazır deyil. Bunun səbəbini soruşduqda müxtəlif bəhanələr gətirdilər. Dedilər ki, həftənin cümə günü kartım hazır olacaq».

N.Orucov qeyd edib ki, Access Bank Azərbaycanda 25 oktyabr 2002-ci il tarixində Mərkəzi Bankı tərəfindən verilmiş 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. İndiyə qədər ictimai-siyasi baxımdan aktiv olan əksər vətəndaşlar bankdan narazılıq edir. «Xatırlayıram ki, bir dəfə müxalif mövqeli İctimai Palata da bankın Binəqədi filialında hesab açmışdı. Hesab açıldıqdan bir gün sonra İctimai Palatanın nümayəndəsi Vidadi Mirkamalı banka dəvət edərək ona bildirmişdilər ki, açdıqları hesab bağlanıb. Lakin hesabın hansı səbəbdən bağlandığı haqda qarşı tərəfə rəsmi sənəd təqdim edilməmişdi. Bu səbəbdən də həmin dövrdə İctimai Palata bankı məhkəməyə verə bilmədi. Ancaq o zamandan bəlli idi ki, bu bank da vətəndaşlara qanunların əsasında deyil, siyasi direktivlər əsasında xidmət edir», İCMM sədri belə deyib.