vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
21:10 | 11 yanvar 2017 | Çərşənbə Məqaləyə 727 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qurşaqdan aşağı zərbə

Yeni sanksiyalar Rusiyaya suveren borcların alınmasında problem yaşadacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlanıb. Layihənin 5 demokrat və 5 respublikaçı senatorun imzası ilə təqdim olunması bu sənədin qəbuluna şübhə yeri qoymur.

Layihədə ABŞ-a qarşı həyata keçirdiyi kiberhücumlar, Ukrayna və Gürcüstana qarşı işğalçılıq siyasəti və Suriyada Əsəd rejiminə dəstək verdiyinə görə Rusiyanın enerji sektoruna sanksiyaların tətbiq olunması əksini tapıb. Rusiyanın neft-qaz sənayesinə, Rusiyanın boru kəmərlərinin və nüvə obyektlərinin tikintisinə sərmayə qoyan, mal və xidmətlər, texnologiya sahələrində Rusiya ilə əməkdaşlıq edən, Rusiya aktivlərinin özəlləşdirilməsində, Rusiyanın suveren borclarının alışında iştirak edən fiziki və hüquqi şəxslər (istənilən ölkənin vətəndaşları və şirkətləri) ABŞ-ın sanksiyalarına məruz qalacaq.

Bu sanksiyalar qüvvəyə minərsə, Türkiyənin Rusiya ilə birlikdə həyata keçirdiyi Akkuyu AES layihəsinin, eləcə də Rusiya qazının Avropaya nəqli üçün nəzərdə tutulan yeni «Şimal axını-2» boru kəməri layihəsinin taleyi sual altına düşəcək.

Sənəddə Rusiya mediasının (RT başda olmaqla) fake xəbər siyasətinə qarşı mübarizə və rusdilli obyektiv medianın dəstəklənməsi məqsədilə 100 milyon dollar ayrılması əksini tapıb.

Digər önəmli məqam isə budur ki, Obamanın Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyalar bu sənədə daxil edilərək qanunlaşdırılır və beləliklə, onların yeni prezident tərəfindən ləğvi imkanı aradan qalxır.

Sənəd Senat və Nümayəndələr Palatasında qəbul olunduqdan sonra prezidentin təsdiqinə veriləcək. Layihə respublikaçılar tərəfindən dəstəkləndiyi üçün Trampın veto qoyması çox çətin olacaq. Veto qoysa belə, Konqres üçdə iki səslə bu vetonu aradan qaldırmaq hüququna malikdir.