vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 13 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
OLAY  
13:49 | 15 yanvar 2017 | Bazar Məqaləyə 892 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputatın xanımı özünü güllə ilə vurdu

Türkiyəni qarışdıracaq intihara cəhd

Yanvarın 14-də axşam saatlarında Türkiyədə Milliyətçi Hərəkat Partiyasının deputatı Saffet Sancaqlının həyat yoldaşı Hülya Sancaqlı intihara cəhd edib.

APA-nın verdiyi məlumata görə, H.Sancaqlı tapançadan başına atəş açıb.

Vəziyyəti ağır olan H.Sancaqlı İstanbulda özəl bir xəstəxanaya yerləşdirilib, üzərində cərrahi əməliyyat aparılıb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən H.Sancaqlının vəziyyətinin ağır olduğu açıqlanıb.

S.Sancaqlı olaydan xəbərdar olduqdan sonra Ankaradan İstanbula uçmaq üçün təyyarə tapa bilməyib. Baş nazir Binəli Yıldırımın təlimatı ilə S.Sancaqlı baş nazir üçün ayrılmış təyyarə ilə Ankaradan İstanbula yola salınıb. 

Qeyd edək ki, 1966-cı il fevralın 27-də keçmiş Yuqoslaviyada Tutin şəhərində anadan olan S.Sancaqlı Türkiyədə «Kültürspor», «Vefa», «Beşiktaş», «Eskişehirspor», «Konyaspor», «Sarıyer», «Kocaelispor», «Qalatasaray», «Kocaelispor», «Fənərbağça» və «Konyaspor» futbol klublarında hücumçu mövqeyində oynayıb. Futbolçu karyerasına 1999-cu ildə «Konyaspor» klubunda son qoyub. Türkiyə çempionatında ümumilikdə 130 qol vurub, 20 dəfə Türkiyə milli komandasının formasını geyinib, bu oyunlarda 6 qol vurub. Son parlament seçkilərində MHP-nin Kocaelindən deputatlığa namizədi olub və deputat seçilib.