vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
14:04 | 15 yanvar 2017 | Bazar Məqaləyə 1676 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Eşidəndə başımın tükləri biz-biz oldu...»

Mİ6 casusu Trampın seks dosyesi haqqında

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hələ səlahiyyətlərinin icrasına başlamağa imkan tapmamış Rusiya ilə şübhəli əlaqələri ucbatından çox böyük qalmaqalla üzləşib. Artıq analitiklər qeyd edirlər ki, bu, vaxtilə Riçard Niksonun impiçment olunmasına gətirib çıxarmış «Uotergeyt» qalmaqalından daha betərdir və Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün heç vaxt görünməmiş təhdidlərdən xəbər verə bilər. Çünki söhbət cəmi bir neçə gün sonra prezident səlahiyyətlərinin icrasına başlayıb nüvə çamadanını təhvil alacaq adamın Rusiya tərəfindən şantaj yolu ilə ələ alınmasından, onun barəsində seks kompromatlarının toplanmasından gedir.

Virtualaz.org xəbər verir ki, Rusiya əks-kəşfiyyatı Federal Təhlükəsizlik Xidmətinin (FTX) 2013-cü ildə «Dünya gözəli» müsabiqəsi keçirmək üçün Moskvaya səfər edən Donald Trampın qaldığı oteldə fahişələrlə əylənərkən görüntülərini çəkdiyi və bundan şantaj kimi istifadə etdiyi haqda məlumat mətbuata ilk dəfə noyabr seçkilərinə bir həftə qalmış sızmışdı. Həmin vaxt «Mother Jones» bu haqda üstüörtülü yazmışdı və məlumat o qədər də ciddi qarşılanmadı, çirkin ittihamlarla müşayiət olunan seçki kampaniyasının fonunda kölgədə qaldı.

Lakin ötən həftə «BuzFeed» saytı Trampın barəsində Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin eks-casusunun hazırladığı dosyedən həmin hissəni olduğu kimi dərc edəndə böyük qalmaqal qopdu. Belə məlum oldu ki, Trampın Moskvada «Ritz Carlton» otelində çəkilmiş və iyrənc seks-şoudan ibarət görüntülərinin olduğu haqda məlumatı Mİ6-nın Rusiya üzrə eks-xəfiyyəsi, kəşfiyyat dairələrində kifayət qədər nüfuzlu olan Kristofer Stil Moskvadakı mənbələrindən əldə edib. Həmin dosye açıqlanandan sonra Kristofer Stil Rusiya kəşfiyyatının qisasından qorxaraq London sürrey qraflığındakı evini naməlum istiqamətə tərk etməli olub.

Virtualaz.org bildirir ki, Moskvanın əlində Tramp haqda seks kompromatlarının olduğunu ilk dəfə yazan jurnalist, «Mother Jones»in əməkdaşı Devid Korn ötən gün dərc edilmiş məqaləsində həmin Mİ6 casusu ilə şəxsən söhbətləşdiyini bildirir. Doğrudur, jurnalist mənbənin adını, hansı kəşfiyyatda çalışdığını açıqlamır. Ancaq məlumdur ki, söhbət kimdən gedir.

«Ötən ilin oktyabrında, seçkilərə bir həftə qalmış mən yazmışdım ki, əks-kəşfiyyat əməkdaşı Donald Tramp barədə Federal Təhqiqatlar Bürosuna kifayət qədər həyəcanlı dosye göndərib. Orad deyilirdi ki, bir neçə il əvvəl Rusiya kəşfiyyatı Trampı əməkdaşlığa cəlb etmək və ya onun namizədliyini irəli sürmək üçün əməliyyat başladıb, bu məqsədlə onun barəsində kompromat toplanılıb. Mənbələr onu da deyirdi ki, Tramp və onun çevrəsi müntəzəm olaraq Kremldən kəşfiyyat məlumatları alıblar»-jurnalist bildirir.

Devid Korn yazır ki, bu haqda məqalə yazarkən həmin dosyenin müəllifi ilə söhbətləşib. Həmin mənbə kimliyini və hansı kəşfiyyatda çalışdığını açıqlamamağı xahiş edib. Bildirib ki, Trampın Rusiya ilə əlaqələrinə dair dosye hazırlamağı ona Vaşinqtondan bir şirkət sifariş vermişdi. Əvvəlcə bu işi respublikaçılar, sonra demokratlar maliyyələşdirib. «Əvvəlcə araşdırma ümumi xarakter daşıyırdı. Məndən xahiş etmişdilər ki, Trampın Rusiyada biznesinin olub-olmadığını öyrənim. İşə başladım, Rusiya və digər ölkələrdəki mənbələrimdən ibarət şəbəkəni hərəkətə keçirdim. Tezliklə əldə etdiyim informasiyalarla tanış olanda başımın tükləri biz-biz dayandı. Mənbələrim mənə bildirdi ki, Rusiya kəşfiyyatı 2013-cü ildə Moskvaya səfəri zamanı Trampın barəsində seks kompromatlar toplayıb. Bundan əlavə mənə dedilər ki, Trampın qərargahı ilə Moskva müntəzəm olaraq qarşılıqlı faydalı olan informasiyaların mübadiləsini ediblər»-həmin casus jurnalistə danışıb.

Casus iyulun sonlarında topladığı dosyeni sifarişçiyə çatdırır. Lakin deyir ki, məsələnin kifayət qədər ciddi olduğunu nəzərə alaraq bu dosyeni Federal Təhqiqatlar Bürosuna göndərməyi də qərara alıb, özü də sifarişçi şirkətə xəbər vermədən. Casus xatırlayır ki, FTB-də bu dosyeni görəndə dəhşətə gəliblər və şoka düşüblər. Bir neçə həftə sonra FTB casusdan xahiş edir ki, dosyedə yer alan məlumatların hansı mənbələrdən alındığını və bu məlumatların nə dərəcədə etibarlı olduğunu göstərsin. Casus deyib ki, onun iş təcrübəsinin peşəkar nöqteyi-nəzərdən misli yoxdur.

Jurnalist yazır ki, o, həmin casus barədə ABŞ kəşfiyyatının peşəkarlarından soruşub. Onlar təsdiq ediblər ki, söhbət kifayət qədər ciddi kəşfiyyatçıdan, Rusiya üzrə ixtisaslaşmış peşəkardan gedir. «Mən keçmiş casusla söhbət edəndə o, toplanmış məlumatların səhihliyinə əmin idi, ancaq nəzərə alırdı ki, material hələ işlənilir və belə görünürdü ki, o, həmin şübhələrin mümkün nəticələri ilə bağlı çox narahatdır», - jurnalist yazır.

Həmin casus-52 yaşlı Kristofer Stil  Britaniyanın kəşfiyyat orqanı olan Mİ6-da işləyib. Xarici ölkələrdə, o cümlədən 1990-cı illərin əvvəllərində Moskvada xidmət edib. Təqaüdə çıxandan sonra 2009-cu ildə «Orbis Business İntelligence» adlı şirkət qurub. Müştərilərə strateji məsləhət, məlumat toplama, müxtəlif ölkələrdə təhqiqat aparma xidmətləri göstərib.

«Mən onu səriştəli, işini bilən peşəkar əməliyyatçı kimi tanıyıram. Nəyinsə xətrinə özündən nəsə uydurmasına qətiyyən inanmıram», – Britaniyanın 1995-2000-ci illərdə Rusiyada səfiri işləmiş Endryu Vud belə deyib.

Onun sözlərinə görə, noyabrda keçirilən təhlükəsizlik konfransının gedişində senator Makkeyn ondan xahiş edib ki, Kristofer Stillə əlaqəsindən istifadə edib dosyenin bir nüsxəsini ona çatdırsın. Endryu Vud hazırda Londondakı «Chatham House» adlı strateji araşdırma mərkəzində işləyir.

«Associated Press» informasiya agentliyi bu haqda Britaniya kəşfiyyatının üç müxtəlif əməkdaşı ilə söhbət edib. Onların hər üçü Stili Rusiya barədə çox məlumatlı və bu ölkədə yüksək səviyyəli informasiya mənbələrinə malik şəxs kimi xarakterizə edib. Təsadüfi deyil ki, Stil MI6-da rəhbər şəxslərdən olmasa da, Kremlin tənqidçisi Alexander Litvinenkonun – 2006-cı ildə mühacirətdə olduğu Londonda polonium-210 radioaktiv maddəsi ilə zəhərlənərək öldürülən sabiq DTK zabitinin işinin təhqiqatına cəlb olunub.

Endryu Vud Rusiyadakı mənbələrin Stilə yanlış məlumat ötürməsi ehtimalına inanmır. Onun sözlərinə görə, Stilin hazırda gizlənməsi təəccüblü qarşılanmamalıdır. Axı Rusiya onun informasiya mənbəyini mütləq öyrənməyə çalışacaq.

«Chatham House»da Rusiya və Avrasiya proqramının rəhbəri Ceyms Niksenin  sözlərinə görə, kompromat ictimaiyyətə açıqlanmayana qədər güclü bir vasitədir. Üstündə daşıdığın və rəqibi qorxudan bir silah kimi. Açıqladıqdan sonra isə aidiyyəti şəxs məhv olsa da, artıq həmin kompromatın bir gücü qalmır.