vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 13 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
14:20 | 15 yanvar 2017 | Bazar Məqaləyə 788 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qazaxıstanda siyasi zəlzələ

Prezident Administrasiyasında kütləvi həbslər başlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Astanada 6 il Qazaxıstan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini postunu tutmuş Baqlan Maylıbaev həbs edilib. Virtualaz.org «KazINFO Today» agentliyinə istinadən bildirir ki, ondan başqa, Prezident Administrasiyasının bir sıra əməkdaşları da saxlanılıb.

Əməliyyat yanvarın 13-də aparılıb. Amma agentliyin məlumat verən mənbə Prezident Administrasiyasının konkret hansı əməkdaşlarının saxlandığını deməyib. Sadəcə onu bildirib ki, bütün saxlananların telefonları əhatə dairəsindən kənarda olduğu üçün onlarla əlaqə saxlamaq mümkün deyil.

Onlar xidməti vəzifədən sui-istifadədə, həmçinin Cinayət Məcəlləsinin korrupsiyaya qarşı bir sıra maddələri ilə ittiham olunurlar.

Başqa məlumatlara görə isə söhbət, Prezidentin Administrasiyası əməkdaşlarının Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kyandık Bişimbaev və «Bayterek» dövlət şirkəti barəsində qaldırılmış cinayət işlərində iştirakından gedir.

Qeyd olunur ki, həmin nazir Qazaxıstan prezidentinin 12 yanvarda imzaladığı fərmanla vəzifədən azad edilib.