vaxtlı-vaxtında oxuyun! Bazar, 12 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
15:46 | 15 yanvar 2017 | Bazar Məqaləyə 801 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oğurlanmış körpə tapıldı

18 il sonra Cənubi Karolinada...

MÖVZU İLƏ ƏLAQƏLİ

18 il öncə ABŞ xəstəxanasında oğurlanmış yeni doğulmuş uşaq tapılıb, polis deyir. Kamiyah Mobli (Kamiyah Mobley) 1998-ci ildə oğurlanmışdı.

Cənubi Karolina ştatında yerli hakimiyyət orqanları 51 yaşlı Qloriya Uilyamsı (Gloria Williams) adam oğurlamaq ittihamı ilə həbs ediblər.

Mobli başqa adla tanınırdı və elə bilirdi ki, xanım Uilyams anasıdır. Xəbər gənc qadının bioloji ailəsinə çatdırılıb.

Moblinin kimliyi DNT testi vasitəsilə təsdiqlənib, yerli polis bildirir.

O, sağlam və «normal 18 yaşlı qadın» kimi davranırdı, polisin məlumatında deyilir.

Məlumata görə, oğurlanmadan sonra polisə daxil olan 2500-ə yaxın məlumat araşdırılıb, amma ötən il «Missing Kids» təşkilatına verilən məlumat nəhayət ki, işi həll edib.

Doğulandan cəmi 8 saat sonra oğurlanan uşağı özünü səhiyyə işçisi kimi təqdim edən qadın qaçırdıb.

Həmin qadın Kamiyahın anasına deyib ki, körpənin qızdırması var və onu yoxlamaq lazımdır. Bundan sonra o, uşaqla otaqdan çıxaraq yoxa çıxıb.

Onun bioloji ailəsinə məlumat çatdırılsa da polis deyir ki, Kamiyah yetkinlik yaşına çatıb və ailəsi ilə görüş barədə seçimi özü etməlidir.

«O oğurlananda yenicə doğulmuşdu və bütün bu baş verənləri anlamaq üçün vaxt lazımdır...» - Caksonvill şəhərinin şerifi Mayk Uilyams (Mike Williams) deyib.