vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AVROPA  
23:59 | 15 yanvar 2017 | Bazar Məqaləyə 982 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Londonda əfsanəvi toy

Polad Bülbüloğlu da orada olub...

Rusiyanın ehtiyat fondunda toplanan vəsaitlərin büdcə «deşiyini» yamamaq üçün az qala tamamilə xərclənib tükəndiyi, baş nazirin «pul yoxdur» məzmunlu bəyanatlar səsləndirdiyi bir vaxtda rusiyalı oliqarxlar öz dəbdəbəli həyat tərzlərinə qətiyyən dəyişiklik etmək fikrində deyillər. Virtualaz.org xəbər verir ki, daha bir rusiyalı oliqarx-milyarder dəbdəbəli toy mərasimi təşkil edərək təəcübləndirməyi bacarıb. Bu, «Domodedovo» aeroportunun həmsahibi, oliqarx-milyarder Valeri Koqandır.

Life.ru bildirir ki, Valeri Koqan 19 yaşlı nəvəsi İrina Koqana Londonun dəbdəbəli «The Landmark London» otelində olduqca təmtəraqlı toy edib. Milyarderin nəvəsi Londonda yaşayır və təhsil alır. O, özü ilə həmyaşıd, milliyətcə yəhudi, ingiltərəli Deniel Kenveylə ailə qurub.

9 saatdan çox davam edən toy mərasimini Rusiya şou-biznesinin ulduzları Valdil Pelş və Yana Çurkiova aparıblar. Toyada müğənnilər Elton Con, Meray Keri növbə ilə hərəsi bir saatlıq konsert veriblər. İrina Koqan kumiri olan Elton Conun toyda oxumasını görəndə göz yaşlarını saxlaya bilməyib.

Habelə toya Rusiyadan çarter reysləri ilə çoxsaylı tanınmış simalar-Filip Kirkorov, Stas Mixaylov, İqor Nikolayev və digər estrada ulduzları gediblər. Qonaqlar arasında azərbaycanlı tenor Yusif Eyvazovun xanımı Anna Netrebko, rejissor Nikita Mixalkov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digərləri də olub. Yeni evlənən cütlük gecə yarısından keçmiş Londonun mərkəzindəki elit apartamentlərinə çəkilib. Bu vaxt toy hələ davam edirdi və Meray Keri qonaqları əyləndirirdi... (virtualaz.org)