vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
21:08 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 2106 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müqavilənin uzadılmasına ehtiyac yoxdur»

Səudiyyə Krallığı OPEK-in razılaşmasından imtina edir

MÖVZU İLƏ ƏLAQƏLİ

«Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmasının 6 aydan daha çox müddət ərzində həyata keçirilməsinə ehtiyac yoxdur».

Bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid al-Falih deyib: «İstehsalın azaldılmasına dair razılaşmanın icra edilməsi, qlobal tələbatda artımın olması ilə əlaqədar olaraq OPEC digər neft hasilatçıları ilə istehsalın azaldılması müqaviləsini uzatmağa ehtiyac duymaya bilər», – deyə nazir qeyd edib.

O bildirib ki, neft bazarı bu ilin ikinci yarısının sonunda yenidən tarazlaşacaq. Tələbat yay aylarında artacaq və OPEC bazarlarda təklifin kafi olduğundan əmin olmaq istəyəcək: «Razılaşmanın icra edilməsi səviyyəsi və tələbat gözləntiləri nəzərə alındıqda, müqavilənin uzadılmasının vacib olduğunu düşünmürük. 2016-cı ildə bazarda yavaş-yavaş başlayan tarazlıq bu ilin birinci yarısında tam təsirini göstərəcək».

Səudiyyə Ərəbistanı OPEC-in digər üzvləri ilə may ayında Vyanada toplaşaraq bazarı və kartelin istehsal siyasətini qiymətləndirəcək. Həmçinin OPEC üzvü ölkələr qeyri-OPEC ölkələri ilə əldə edilən razılaşma üzrə yanvar ayının sonunda Vyanada görüşərək bu ölkələrin istehsalın azaldılması razılaşmasını necə icra etdiklərini müzakirə edəcəklər. OPEC-in razılaşmasında əsas məqsəd neft hasilatını azaltmaqla qiymətin artmasına dəstək olmaqdır.