vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ENERGETİKA  
23:55 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 944 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Güclü mövqeyimiz vardı və biz onu itirdik»

Gürcüstanın vitse-spikeri: «Kaladze «Qazprom»la bağlı hesabat verməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın energetika naziri Kaxa Kaladze «Qazprom»la bağlı hesabat verməlidir. APA-nın məlumatına görə, bu barədə müxalifət yönümlü deputat, Gürcüstan parlamentinin vitse-spikeri Serqo Kapanadze bildirib.

O, parlamentin büro iclasından əvvəl jurnalistlərə verdiyi açıqlamasında Kaxa Kaladzenin parlamentə gəlib deputatlar qarşısında «Qazprom»la bağlı bütün məqamları ətraflı şəkildə açıqlamağa və qarşıya qoyulan mövcud suallara cavab verməyə borclu olduğunu bildirib.

«Nazir Kaxa Kaladzenin «Qazprom»la bağladığı müqavilə bizim maraqlarımıza ziyan vurur. Tezliklə bu problemi hər birimiz hiss edəcəyik. Kaladze hesabat verməyə borcludur və o, müqavilənin nəyə görə yaxşı olduğunu deməlidir. Biz görürük ki, Rusiya ilə münasibətdə əlimizdə olan rıçaqlar itirilir, iqtisadiyyatda pis nəticələr əldə edirik. Buna görə də Kaladze parlamentə gəlib, nə üçün «Qazprom»un tələblərlə bağlı ultimatumla danışdığı haqqında izahat verməlidir. Çünki bu mövzuda Gürcüstanın güclü mövqeyi var idi və biz onu itirdik», deyə Serqo Kapanadze bildirib.