vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SOSİAL  
22:32 | 2 fevral 2017 | Cümə axşamı Məqaləyə 2145 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Biz kasıb ölkəyik?!

Minimum əməkhaqqı 150 manat ölkədə 500 manatlıq çayı kim içir?

Zaur ƏLİYEV,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün öncə Neftçilər prospektinə yolum düşmüşdü. Prospektdə bir neçə mağazaya baş çəkdim. Bir qadın çantası 6-15 min manat arası, bir kostyum 5-25 min manat arası, bir ayaqqabı 3-20 min arası, adi corabın belə 150 manat olduğunu gördüm...

Şəhərdə elə mağazalar var ki, bir kostyum, köynək, qalstuk və sviterə 100 min dollar verirlər...

Bakıda ən ucuz yerində təzə tikilən təmirsiz evin bir kvadrat metri 1300 manatdan tutmuş şəhərin mərkəzində kvadrat metri 8-10 min manata olan binalar var. Özü də şəhərin mərkəzində kvadrat metri 3-10 min arası olan binalarda boş mənzil yoxdur...

Şəhərin mərkəzindən tutmuş ucqarına qədər 10 milyondan 100 minə qədər qiyməti olan həyət evləri və villalar var...

Şəhərdə «Ferrari», «Lamborgini», «Bentli» kimi brend maşınların salonları var. Səhv etmirəmsə o şirkətlər o ölkədə salon açmağa izn verirlər ki, orada ən azı 20 maşın satıla bilsin... Bizdə isə tələbat var ki, salona izn veriblər..

Şəhərin mərkəzində ən ucuz «Prado»dan tutmuş «Range Rover», «Porsche Cayenne», «Panameria» və orta səviyyəli qiyməti 50 mindən yuxarı sedanlar doludur...

Mərkəzi Univermaqda qızıl alanların sayın demək çətindir, hər dəfə daxil olanda görürsən şıdırığı alver gedir...

Bakıda elə restoran və çay evləri var ki, bir oturuma 300 manatdan 30 minə qədər hesab ödənilir. Bizim tərəfdə Şadurvan adlı çay evi var, adi çay və mürəbbə ilə 50 manat, dəm-dəstgahıylasa 300-500 manat arasıdır. Hər zaman da içərisi doludur...

Şəhərdə orta səviyyəli mağazalar var ki, kostyumun qiyməti 2 mindən 7-minə qədər dəyişir, ayaqqabı mağazaları var, dörd-altı minə qədər qiymətlər var... alıcıları da öz yerində...

Şəhərdə bir neçə tütün mağazası var, siqaretin qutusu 50 manatdan başlayır və müştəriləri də doludur, elə şərab evi var, adi araq 200 manatdan başlayır, müştərilərin tələbatı da yüksəkdir...

Bakıda 3-adamdan birində «İphone» 6-7 var. Ən orta səviyyəli 300-800 manatlıq telefonlar hər kəsin əlində var...

Nə zaman şəhərə çıxsan bütün mağazalarda insan əlindən tərpənmək olmur...

Bakıda oteldə bir gecə qalmaq 60 manatdan 6 min manata qədərdir. Hətta Amerikanın və Avropanın bir çox ölkələrində belə qiymətlər ancaq brend yerlərdədir...

Daha çox yazmaq olar. Bir ölkədə minimum əmək haqqı 150 manatdan maksimum dövlət işində min manata qədər alan insanlar varsa bu qiymətlər məntiqlə bizə görə həddən çoxdur.... Biz burda sosial problemlərdən danışırıq, maaş azlığından şikayət ediriksə bəs o bahalıq kimlər üçündür?