vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
20:09 | 9 fevral 2017 | Cümə axşamı Məqaləyə 804 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya təyyarəsi türk hərbçilərini səhvən bombalayıb?!

Putin 3 əsgər ölümü, 11-nin yaralanması ilə bitən olaya görə, Ərdoğana başsağlığı verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, hadisə saat 08:40-da baş verib. Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində 3 əsgər həlak olub, 11-i yaralanıb.

Hadisənin pilotun səhvi ucbatından baş verdiyi qeyd olunub: «Rusiya Federasiyasının səlahiyyətli şəxsləri olayın bir qəza olduğunu deyərək üzüntülərini və başsağlığı diləklərini çatdırdılar. Hər iki tərəf hadisə ilə bağlı araşdırma aparır. Bundan başqa, Rusiya prezidenti hörmətli Vadimir Putin prezidentimiz, hörmətli Rəcəb Tayyib Ərdoğana üzüntülərini çatdırıb və başsağlığı verib».

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD-ə qarşı «Fərat qalxanı» adlı hərbi əməliyyat keçirir. Son iki gün ərzində Əl Bab qəsəbəsi uğrunda döyüşlərdə 10 türk hərbçisi həlak olub.

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, V. Putin türkiyəli həmkarına Suriyada baş verən hadisə ilə əlaqədar başsağlığı verib.

Qeyd edək ki, Rusiya təyyarəsinin Suriyada aviazərbəsi nəticəsində 3 türk əsgəri ölüb, 11 nəfər yaralanıb.

 

***

 

Xəbəri eşidən kimi, 2015-ci ilin avqustunda Türkiyə sərhədləri pozarkən vurulan Rusiya təyyarəsi yada düşdü. Baxmayaraq ki, insidentlə bağlı Türkiyə prezidenti və baş naziri üzrahlıq etmiş, xarici işlər naziri ölən pilotun ailəsi ilə görüşmüşdüsə də, bugünkü olay böyük əksəriyyətdə rusların qisası təəssüratını oyatdı. Bu hadisəyə politoloqlarımızın da baxışı maraqlı oldu.

Politoloq, «Atlas» Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu rus pilotların bugünkü səhvinə inanmır: «Rusiya yaptığını yaptı. Kreml nə qədər Türkiyənin il yarım öncə Rusiya təyyarəsini vurduğuna və pilotunun ölümünə görə Ankaranın üzrxahlığını qəbul etsə də, intiqam planından əl çəkməmişdi. İndi guya Rusiya hərbi təyyarəsi bu gün Suriyanın Əl Bab şəhəri ətrafında səhvən türk əsgərlərini bombalayıb. Nəticədə 3 əsgər həlak olub, 11-i yaralanıb. Ancaq bunun yanlış olduğuna inanmıram. Guya bilmirlər ki, Əl Bab ətrafında türk birlikləri cəmləşib. Rusiya siyasətçiləri Türkiyəni son zamanlar tərəfdaş dövlət adlandırsalar da, indi öz aralarında deyəcəklər ki, «ölən pilotumuzun qanını yerdə qoymadıq...»»

Siyasi şərhçi Şahin Cəfərlinin isə məsələyə tamam başqa prizmadan yanaşması maraqlı oldu: «Deyirlər, guya səhv olub. Hadisənin müəyyən razılaşmaların əldə olunduğu Ərdoğan-Tramp telefon danışığından sonra və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Türkiyəyə səfərindən öncə baş verməsi diqqətəlayiqdir...»

 

***

 

Hadisənin araşdırılması üçün komissiya yaradılacağı deyilsə də, sonradan bu fikirdən imtina edildi: «Rusiya və Türkiyə Suriyadakı türk hərbçilərinə səhvən endirilmiş zərbə ilə bağlı insidenti araşdırmaq üçün təhqiqat komissiyası yaratmayacaqlar, çünki məsələ tam aydındır». APA-nın məlumatına görə, bu barədə «RİA Novosti»yə Ankaradakı yüksək çinli hərbi mənbə bildirib.

«İnsidentdən dərhal sonra Rusiya tərəfi ilə müvafiq məsləhətləşmələr aparılıb. Aramızda koordinasiya mövcuddur, hazırda əlaqələndirməni daha güclü və səmərəli etmək üçün danışıqlar aparılır. Məlumatıma görə, faciə ilə bağlı hər-hansı xüsusi komissiya yaratmaq planlaşdırılmır, çünki vəziyyət məlum və aydındır», - deyə mənbə bildirib.