vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
17:36 | 10 fevral 2017 | Cümə Məqaləyə 806 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvanda etiraz aksiyası

Sərkisyan Sərkisyanı həbs etdirdi, Ermənistan qarışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verdiyimiz kimi, dünən Ermənistan polisinin altıncı bölməsi tərəfindən ötən ilin iyulunda Yerevanda post-patrul alayını ələ keçirmiş «Sasna Tsrer» silahlı qrupunun üzvlərinə çörək aparan Artur Sərkisyan kobud qanun pozuntuları ilə həbs edilib.

Virtualaz.org-un Ermənistan bölməsi bildirir ki, bu dəqiqələrə Yerevanda Xüsusi İstintaq Xidmətinin binası qarşısında Sarkisyana dəstək olaraq piket keçirilir. Etirazçılar onun təcili azad olunmasını tələb edirlər.

Nümayişçilərin arasında SSRİ-nin xalq artisti Frunzik Mkrtçyanın həyat yoldaşı Tamara Ovanisyan, «Təsisedici parlament»in mətbuat katibi Syuzan Simonyan kimi tanınmış simalar da var.

Xatırladaq, Artur Sərkisyan keçən ilin iyulunda şəxsi maşınında polis kordonunu yararaq alayı tutmuş «Sasna Tsrer» üsyançılarına yemək və tibbi ləvazimatlar çatdırmışdı.