vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
19:34 | 10 fevral 2017 | Cümə Məqaləyə 669 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təhsil nazirindən 900 min dollar rüşvət

Tramp administrasiyasında korrupsiya iddiası

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Independent» nəşri ABŞ-ın yeni təhsil naziri Betsi Devosun bu yaxınlarda ona etimad verən senatorlara 900 min dollar rüşvət verdiyini yazıb.

Strateq.az xəbər verir ki, B.Devosın mübahisəli təyinatı onun namizədliyi əleyhinə onlayn şikayət ərizələrinin imzalanması ilə nəticələnib.

Son illərdə Respublikaçılar Partiyasına xeyli ianələr etmiş nazir Senatdakı 22 nümayəndənin hesabına 895 min dollar vəsait keçirib.

Senator Marko Rubio B.Devosdan ən çox maliyyə yardımı (98 min dollar) almış şəxsdir. Milyarder xanım senator Bill Kessidi və Tom Tillisin hesabına da 70 min dollar ianə keçirib.

Betsi Devos əvvəllər heç bir yüksək dövlət vəzifəsi tutmayıb və şirkət direktoru olub. Onun Yaxın Şərq ölkələrində xüsusi əməliyyatlar keçirmiş muzdlu döyüşçülərdən ibarət bədnam «Blackwater» şirkətinin rəhbəri Erik Prinslə ailə yaxınlığı sirr deyil.