vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
23:43 | 11 fevral 2017 | Şənbə Məqaləyə 890 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə hərbçiləri El Babda

İŞİD-lə qarşıdurma şiddətlənib

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə əsgərləri və suriyalı müxaliflərin bu gün qəsəbə mərkəzinə girdiyi El Babdan son dəqiqə xəbərləri gəlməyə davam edir. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, son xəbərlərə görə, El Babda terror təşkilatı İraq-Şam İslam Dövləti (İŞİD) ilə şiddətli qarşıdurmalar yaşanır.

Məlumatda qeyd edilir ki, «Fərat Qalxanı» Hərəkatına qatılan Türkiyə əsgəri və müttəfiq müxaliflər, qəsəbəyə qərbdən girib və bəzi sahələri nəzarət altına alıb.

Açıqlamada qəsəbədə İŞİD ilə sıx qarşıdurmaların davam etdiyi bildirilir.

Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahından verilən məlumata görə, döyüşlərdə 1 hərbçi şəhid olub, daha bir nəfər yaralanıb.

«Associated Press»in xəbərində isə Türkiyə dəstəkli Əhrar əl Dəməşq nümayəndələrinin El Babın cənub-qərb məhəllələrindəki anbarları və idman kompleksini ələ keçirdiyi bildirilir.

İŞİD-in  Suriyadakı qalası mövqeyindəki Rakka ilə Hələb arasındakı marşrutda olan El Bab strateji əhəmiyyətə malikdir.