vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
10:01 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 1225 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maykl Flinn istefa verib

Ağ Ev məlumatı təsdiqlədi

MÖVZU İLƏ ƏLAQƏLİ

«CNN» Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnin istefa verdiyini açıqlayıb. Strateq.az xəbər verir ki, M.Flinin istefası ABŞ Ədliyyə Nazirliyinin xəbərdarlığından sonra baş verib. Nazirlikdən D.Tramp administrasiyasına bildirilib ki, Ağ Ev müşavirinin Rusiya səfiri ilə telefon danışığı Kreml tərəfindən şantaj üçün əsas ola bilər.

«Mən ehtiyatsızlıq edib Rusiya səfiri ilə telefonla danışığım barədə vitse-prezidenti məlumatlandırdım. Səmimi şəkildə prezident və virse-prezidentdən üzr istədim. Onlar üzrxahlığımı qəbul etdilər», – deyə M.Flinn bildirib.

Ağ Ev M.Flinnin istefa xəbərini təsdiqləyib.

Mətbuat xidmətindən bildirilib ki, prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti olaraq general-leytenant Kit Kelloqq icra edəcək.

«CNN»in məlumatına görə, M.Flinnin xələfi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Deyvid Petreus və ya sabiq vitse-admiral Bob Harvard ola bilər.

Yaxın saatlarda, yenə də «CNN»in iddiasına görə, D.Petreusun Ağ Evdə D.Trampla görüşəcəyi bildirilir.

«Washington Post»un iddiasına görə, yanvarın 20-də keçirilmiş inauqurasiyadan çox-çox əvvəl, dekabr ayında M.Flinn və Rusiya səfiri Sergey Kislyak arasında baş tutan telefon söhbətdə sanksiyaların ləğv edilməsi məsələsi müzakirə olunub.

Nəşrin iddiasına görə, bu söhbət Ağ Evdə heç də xoş qarşılanmayıb.

Kreml «The Washington Post»un məlumatını təkzib edib. RF prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, onun bildiyi qədər, M.Flinnlə S.Kislyak arasında telefon söhbətləri olub. «Amma yaxşı olar ki, bununla bağlı XİN münasibət bildirsin».