vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
11:23 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 2266 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin xuliqanları konqresmeni doladı

«Rusiya Limpopoya müdaxilə edib, Ayboliti prezident qoyub...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada Kremlə və Federal Təhlükəsizlik Xidmətinə bağlı olduğu təxmin edilən, indiyədək Ukrayna prezidenti Pyotr Poroşenkonu, Belarus prezidenti Aleksandr Lukaşenkonu, bir çox digər siyasi xadimləri telefonla dolayan Leksus və Vovan bu dəfə ABŞ Konqresinin Nümayəndələr palatasının üzvünü ələ salıb.

Virtualaz.org xəbər verir ki, Leksus və Vovan konqresvumen Maksin Uotersə zəng vuraraq özlərini Ukraynanın baş naziri Vladimir Qroysman kimi təqdim ediblər.

Maksin Uoters ona Ukraynanın «baş naziri»nin zəng etdiyini eşidəndə məmnunluğunu gizlətmir, «Qroysman» isə ona «Ukrayna üçün gördüyü yaxşı işlərə görə» təşəkkür edir. Konqresvumen «baş naziri» əmin edir ki, Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək, əskinə, onun eşitdiyinə görə daha da sərtləşdiriləcək.

Telefon xuliqanları daha sonra Maksin Uotersə xəbər verirlər ki, Rusiya ordusu Donetski və Lvovu işğal edib. Buna cavab olaraq Uoters şəhərlərin adını bir də dəqiqləşdirməyi xahiş edir.

Sonra prankerlər daha da irəli gedərək Uotersə xəbər verirlər ki, «Rusiya hakerləri Limpoponun daxili işlərinə müdaxilə edərək «marionetka Ayboliti» prezident ediblər. Vovan və Leksus Uotersi əmin edirlər ki, Limpopoda rus hakerləri ABŞ-dakından daha çox zərər vurublar.

Qeyd edək ki, Limpopo Cənubi Afrika Respublikasının əyalətidir, bu ölkənin ən yoxsul regionudur. Rusiyalı prankerlər isə Maksin Uoterslə telefon danışığında Limpopo adlı «dövlətdən» və oradakı prezident seçkilərindən bəhs edirlər.

Rusiyanın Limpopodakı seçkilərə haker müdaxiləsi edərək seçkilərin nəticələrini tamamilə öz xeyrinə dəyişdirməsi haqda xəbərdən heyrətlənən konqresmen həmin haker müdaxiləsinin arxasında kimin dayandığını soruşur. Prankerlər ona məlumat verirlər ki, Limpopoya haker müdaxiləsinin arxasında duranlar prezident Vladimir Putinin «xüsusi müşavirləri» Vovan və Leksusdur. «Bu, onların internet ləqəbidir, biz adlarını dəqiqləşdirə bilməmişik, ancaq ləqəblərini öyrənə bilmişik, bu, insayder informasiyasıdır», - telefon xuliqanı Konqres üzvünü məlumatlandırır.

Prankerlər xəbər verirlər ki, Rusiyanın Limpopoda öz marioneti Ayboliti prezident qoymasından sonra bu ölkənin prezidenti həyatına təhlükə hiss edərək Ukraynaya qaçmağa hazırlaşır.

Daha sonra Maksin Uoters Putinin «xüsusi müşavirlərinin» adlarını bir daha dəqiqləşdirir, Rusiyanın Limpopodakı seçkilərə «haker müdaxiləsi» barədə xeyli müzakirə aparır. Eyni zamanda etiraf edir ki, Putinin «yeni müdaxilələri» haqda bilmirdi və bu xəbərləri ona çatdırdığı üçün «baş nazirə» təşəkkür edir. Tərəflər Londonda görüşmək barədə razılığa gəlirlər.

Konqresmen Maksin Uoters coğrafiyadan «yüksək bilikləri» ilə tanınır. Bundan əvvəl o bildirmişdi ki, prezident Donald Tramp özü öz barəsində impiçmenti yaxınlaşdırır və Rusiya prezidenti Koreyaya hücumları davam etdirdiyi bir vaxtda Tramp onun ağuşuna atılmağa hazırdır.

Vovan və leksusun Maksin Uoterslə telefon danışığını Rusiya XİN-in  mətbuat katibi Marina Zaxarova da şərh edib. «Prezident Aybolit Limpapo ölkəsindən... Rus nağılları gerçək olur. İlahi, Amerikanı tərk etmə!» - Zaxarova «Facebook»da yazıb.