vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
11:58 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 1406 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Niderlandda islamafobiyanın şiddəti

«Quran qadağan ediləcək, məscidlər bağlanacaq»

Elizabet ATTSLER, Handelsblatt (Almaniya)

Əvvəlcə atmosfer hələ də sakit idi. Sağ populist «Azadlıq partiyası» lideri Vilders və telejurnalist Pik Niman bir ağızdan vird edirdi ki, əvvəlcədən heç nə haqda dilbir olmayıblar. Təbii olmalı olanı isə özəlcə vurğulayıblar: hər halda bazar günü səhər dövlət kanalında göstərilən bu müsahibə qəribə idi. Vilders televiziya müsahibəsində öz mövqeyini ilk dəfə müfəssəl şəkildə səsləndirdi.

Bunu səbirsizliklə gözləyirdilər də. Vilders Nderlandiyadakı 15 mart seçkilərindən qabaqkı debatlarda artıq bir neçə həftə üstünlük sərgiləyir. Onun islama qarşı kəskin şəkildə çıxış edən partiyası ictimai rəy sorğularında aşkar şəkildə liderlik edir.

Vilders müsahibədə islamı daha güclü tənqid edib. O bildirib ki, «ola bilsin, islamçılıq nasist ideologiyasından daha təhlükəlidir».

Vilders Quranı Hitlerin nasist terroru üzrə əsas məlumat kitabı adlandırılan «Mayn kampf»-ı ilə tutuşdurub. Azadlıq partiyası seçkiqabağı proqramında Quranı yasaqlamaq və məscidləri bağlamağa çağırır.

Vilders diqqəti buna yönəldib ki, hətta «Mayn kampf» elmi məqsədlərlə istifadə istisna olmaqla Niderlandda qadağan olunub. Onun sözlərinə görə, bu zaman söhbət kin və antisemitizmlə dolu müdhiş ideologiyadan gedir. Lakin Quran öz növbəsində daha çox antisemitizmi ilə seçilir və zorakılığa çağırışla doludur. «Biz «Mayn kampf»ı qadağan ediriksə, eyni şeyi Quranla bağlı da etmək lazımdır».

Lakin Vilders Nimanın Azadlıq partiyasının Quranı yasaqlamağı hansı qaydada həyata keçirməyə hazırlaşdığı barədə çoxsaylı suallarına könülsüz cavab verib. Sanki Quranı adamların əlindən tutub almayacaqlar. «Lakin biz qeydinə qalacağıq ki, satışda olmasın».

Əlbəttə, Vilders anlayır ki, Quranı İnternetdən götürmək mümkündür. Buna görə də onun qadağasını hansısa dərəcədə rəmzi saymaq olar.


«Daha heç bir mühacir olmayacaq»


Hesab olunur ki, Niderlanddakı seçkilər inkişafın sonrakı yönünü göstərəcək ki, Avropa bu il sağa nə qədər «hərəkətlənə» bilər. Apreldə prezident seçkilərinin ilk turunun baş tutacağı Fransada  «Milli cəbhə» ultrasağ partiyasının lideri Marin Le Peni perspektivli namizəd adlandırırlar. Hətta bu yaxınadək favorit sayılan Fransua Fiyona xeyli basqı göstərildiyindən ona prezidentliyə ciddi şanslar vəd edilir.

Almaniyada öz növbəsində AdQ partiyası sentyabrdakı parlament seçkilərində dörd il əvvəlkindən xeyli səs toplamaq və bundestaqa keçməyə bütün şanslara malikdir. Partiya artıq bir neçə bölgə parlamentinin tərkibinə daxil olub. Ola bilsin, bu il İtaliyada da seçkilər keçiriləcək. Hər üç partiyanın – Azadlıq partiyası, Milli cəbhə və AdQ – bir-birinə yaxın ideologiyaya görə seçildiyi yanvarda məlum olub.  Koblentsdə Avropanın bir neçə sağ populist partiyasının görüşü olub. Görüşə 2017-ci ili «vətənsevərlər ili» adlandıran Vilders, və AdQ partiyası lideri Frauke Petri qatılıblar.

Azadlıq partiyasını 2006-cı ildə qurmuş Vilders islamı artıq çoxdan tənqid edir. 53 yaşlı, saçı boyalı sarışın onu «ideologiya» kimi səciyyələndirir. O, partiyanın A4 vərəqinə sığışan seçkiqabağı proqramında aydın şəkildə yazıb. Birinci bənddə deyilir ki, o, Niderlandı «islamsızlaşdırmaq» niyyətindədir . Və sonra: «İslam ölkələrindən daha heç bir mühacir gəlməyəcək: sərhədlər bağlanacaq».

O həm də qaçqınlara verilmiş icazələrin hamısını ləğv etmək, ictimai yerlərdə müsəlman yaylığının bağlanmasını yasaqlamaq, həmçinin məscidləri bağlamağa hazırlaşır.  Bütün bunlar partiyanın öz məqsədlərini necə gerçəkləşdirməyə hazırlaşdığının izahından məhrum adi bəyanatdır. Bu, müsahibənin gedişində də aydınlaşıb. Niman Azadlıq partiyasının doğrudanmı məscidləri bağlamağa hazırlaşdığı haqda sualları ilə Vildersi təngə gətirdi. Azadlıq partiyası siyasətçisinin  cavabı bir qədər yayğın səsləndi:  məscidləri qadağan etmək, «ona icazə verməmək lazımdır». O, məscidləri həmçinin Niderlandda olsaydı, yasaqlanası nasist məbədləri ilə müqayisə etdi.

Vilders həm də tez-tez söz azadlığından danışır, «Neksit»ə can atır, yəni istəyir ki, Niderland Avropa Birliyindən çıxsın. O həmçinin hərbçi və polislər üçün böyük vəsait ayırmağa hazırlaşır.

Onun seçkiqabağı proqramının qalan bəndləri siyasi mənada daha çox «sol cizgilərə» malikdir: məsələn, mənzil kirayəsi ödənişini azaltmaq, həmçinin gəlir vergisinin kəmiyyətini aşağı salmaq və evə qulluqda subsidiyaya qənaət etmək. Azadlıq partiyasının, deyək ki, mənzil kirayəsinin qiymətini aşağı salmağa necə nail olacağı seçkiqabağı proqramda ümumiyyətlə izah olunmur.


«Özünüzü ədəbli aparın, ya da çıxıb gedin»


Seçkiqabağı proqnozlar ondan xəbər verir ki, Vilders öz tələbləri ilə – bunlar nə qədər məzəli görünsə də – hər halda Hollandiya cəmiyyətinin «ağrılı nöqtələr»inə basır. Azadlıq partiyası Niderland parlamentinin ən qüdrətli gücü ola bilər. «Ipsos» araşdırma mərkəzinin sorğularına əsasən, partiya səslərin, demək olar, 20 faizini qazanacaq. Daha dəqiqi, 150 yerdən 28-i – bu, partiyanı hazırda parlamentdə təmsil edən deputatlardan iki dəfə çoxdur.

Həmin sorğulara görə, «Azadlıq və demokratiya uğrunda xalq partiyası» baş nazir Mark Ryuttenin başçılığı ilə yalnız 24 yer qazanacaq – hazırda partiyanı parlamentdə 40 deputat təmsil edir. Partiyanın kolaisiya üzrə tərəfdaşı Əmək partiyasını daha böyük iflas gözləyir. Sosial-demokratlar parlamentdə cəmi 11 yerə nail olacaqlar – bu onların indiyədək malik olduğunun üçdə biridir.

İctimai rəyin araşdırıcısı Moris de Hondanın proqnozlarına görə, Azadlıq partiyası Vildersin başçılığı ilə ən yaxşı nəticə göstərəcək – yəni parlamentdə 33 yer.

Partiya eyni zamanda ixtisaslaşmış fəhlələr arasında qəbul olunur – «De Unie» həmkarlar birliyinin bu yaxınlarda apardığı sorğu bundan xəbər verir. Bu sorğu həmçinin göstərib ki, cəmiyyətin siyasətə inamsızlığı nə qədər böyükdür. Sorğulananların böyük əksəriyyəti siyasətçiləri «seçkinlər», şərəfsiz və etimada layiq olmayan adlandırır.

Bununla yanaşı Vildersin hələ hökumət başçısı postunu tutması son dərəcə az ağlabatandır. Ryutte Azadlıq partiyası ilə koalisiyadan imtina edib. 15 mart seçkisinin nəticələri aktual proqnozların təsəvvür etdiyi kimi çıxsa, bir neçə partiya, üç, ya da dördü koalisiyada birləşməyə məcbur olacaq. Lakin hollandların 70 faizə yaxını hesab edir ki, ola bilsin, Ryutte ən sonda Vilderslə birlikdə idarə edəcək. Lakin son zamanlar elə görünür ki, Vilderslə bağlı durumu baş nazir başlı-başına buraxıb.

Ryutte bu günlərdə Hollandiya qəzetlərində tam bir səhifəni tutmuş «Bütün hollandlara» məktubunda Azadlıq partiyasına xas ton götürüb və mühacirlərin bir hissəsinə qarşı çıxış edib: «Adamlar məhz azadlığa görə ölkəmizə gəlsə də,  cəmiyyətimizi tarazlıqdan çıxarmaq üçün bizim azadlığımızdan sui-istifadə edərkən biz artan diskomfort hiss edirik. Özünüzü ədəbli aparın, ya da çıxıb gedin».

Lakin digər partiyaların xeyli tərəfdarları Azadlıq partiyasının parlamentdə güclü qüvvə olacağı halda öz seçimini ən yaxşı üsul saymaqla hər halda Azadlıq və demokratiya uğrunda xalq partiyasını seçməyə hazırdırlar. Bu qayda ilə «De Volkskrant» qəzetində dərc edilmiş məlumatlara əsasən, «Demokratlar-66» mühafizəkar sol liberal partiyası, həmçinin «Yaşıl sollar» və sosial-demokratların seçicilərinin, demək olar, beşdə biri, təsəvvür edə bilər ki, Azadlıq və demokratiya uğrunda xalq partiyasına səs verir.

Bu partiyanın 2004-cü ilədək üzvü olmuş və artıq on il islamçıların öldürmək təhdidi üzündən polisin müdafiəsi altında olan Vilders tez-tez fitnəkarlığa uyur. Daha çox «Twitter» sosial şəbəkəsindəki böyük önəm verdiyi məlumatlar vasitəsilə. Axı bir siyasətçi kimi müsahibədə bildirib ki, öz niyyətlərini birbaşa əhaliyə çatdıra bilir.

O, bir neçə gün əvvəl «Twitter»də redaktə olunmuş fotoşəkil dərc edib. Şəkildə «Demokratlar-66»-nın lideri Aleksandr Pehtold yürüşdə Niderlandda şəriətin tətbiqini tələb edən islamçıların əhatəsindədir. Vilders öz dərcinə bu cür haqq qazandırıb: onun fotonun  redaktəsinə heç bir aidiyyəti yoxdur, şəkil 2009-cu ildən İnternetdə bu görünüşdə dolaşır. Bundan savayı, mətbuat bu mövzunun bu cür qızğın şəkildə müzakirə edilməyinə şərait yaradıb.

Vilders başqa partiyalardan siyasətçiləri şiddətlə tənqid etməkdən ötrü müsahibədən istifadə edib. Onun sözlərinə görə, parlamentarilərin əksəriyyəti gerçəklikdən qopub. «Ölkənin necə göründüyü haqda onların daha təsəvvürü yoxdur».

Vilders Niderland haqda şəxsi təsəvvürlərini partiyanın yeni seçkiqabağı çarxında ifadə edib. Videoda deyilir: : «Gözəl ölkəmiz, əcdadlarımızın ölkəsi… Bzim yeganə sərvətimiz yeganə vətənimzidir. Dəyişimlər dövrüdür – britaniyalılar nümunə göstərdi, amerkalılar həyata keçirdilər. Və biz də bu cür edəcəyik. Öz vətənimizdə hələ nə qədər uzun müddətə sahib olacağıq?»

Azadlıq partiyasının şüarı «Nederland weer van ons!» kimi səslənir ki, mənası budur: Niderlandı özümüzə qaytarmalıyıq.