vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
11:45 | 2 mart 2017 | Cümə axşamı Məqaləyə 1180 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremlə bir işarə bəsdir...

Rusiya yeni partnyorluqlara ümidlidir

MÖVZU İLƏ ƏLAQƏLİ

Kreml bildirib ki, Vaşinqtonun Moskvaya gələcək münasibətinin «işarətlərini səbirsizliklə gözləyir.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun jurnalistlərə dediyinə görə Kreml prezident Trampdan müxtəlif bəyanatlar eşidib. O deyib: «Biz səbirlə doluyuq və bu bəyanatlardan qaynaqlanan müəyyən addımlar gözləyirik ki, ikitərəfli münasibətlərimizin perspektivlərini başa düşək».

Peskovun bu qeydləri Tramp-ın Konqres qarşısındakı çıxışından sonraya təsadüf edib. Tramp bu çıxışında «Rusiya» adını çəkməyib. Lakin Trampın seçki kampaniyası ərzində Moskva ilə daha yaxşı münasibətlərə can atacağına dair vədi Konqres qarşısındakı çıxışında ola bilsin belə bir bəyanatında ifadə olunub: «Amerika ortaq maraqlar uyğun gələn yerdə yeni dostlar tapacağına və yeni partnyorluqlar quracağına ümid edir».

Peskov deyib ki, Kreml Trampın bu çıxışda konkret olaraq Rusiyanın adını çəkməməsindən təəcüblənməyib. Çünki ABŞ prezidenti Amerika məsələləri, Rusiya prezidenti Rusiya məsələləri ilə məşğuldur.