vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
12:24 | 2 mart 2017 | Cümə axşamı Məqaləyə 1637 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elmar Hüseynovun qətlindən 12 il keçdi...

Killer həbs olunmadıqca müəmma qalır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 12 il keçir.

Jurnalist 2005-ci il martın 2-də yaşadığı evin blokunda güllələnib, killer ona tapançadan 7 güllə vurub. Jurnalistin qətli hələ də tam açılmamış qalır, belə ki, Elmar Hüseynovun qətlini həyata keçirən killerlərin Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov olduqları hadisədən çox keçmədən müəyyən edilsə də onların yaxalanması hələ də mümkün olmayıb. Nəticədə qətlin sifarişinin haradan verildiyini istintaq yoluyla müəyyənləşdirmək baş tutmayıb.

Bununla belə Elmar Hüseynovun dostu və vaxtilə onunla birlikdə çalışmış jurnalist Eynulla Fətullayevin apardığı təhqiqat qətlin təşkilatçılarının əslində istintaqı aparan orqanın-2015-ci ildə ləğv edilmiş MTN-nin yüksək rütbəli şəxsləri arasında ola biləcəyini göstərmişdi. Hansı ki, həmin nazirlik sahibkarlara, vətəndaşlara qarşı quldurluq, soyğunçuluq əməllərinə, əslində mütəşəkkil cinayətkar qruplaşmaya çevrilməsinə görə Elmarın qətlindən 10 il keçəndən sonra ləğv edildi, onun yüksək vəzifəli şəxsləri hazırda müttəhim kürsüsündə əyləşiblər.

Haqqin.az və virtualaz.org saytlarının kollektivi, o cümlədən Elmar Hüseynovun yaxın dostu olmuş Eynulla Fətullayev Azərbaycanda söz azadlığı uğrunda həyatını qurban vermiş mərhum jurnalisti anmaq üçün onun məzarını ziyarət edib. Allah rəhmət eləsin!