vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AMERİKA  
08:55 | 3 mart 2017 | Cümə Məqaləyə 1168 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-dan Ukraynaya 150 milyonluq yardım

Konqres təklif irəli sürüb

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın müdafiə büdcəsinin yeni layihəsində Konqresin Nümayəndələr Palatasının Təxsisatlar komitəsi Ukrayna silahlı qüvvələrinə dəstək məqsədi ilə 150 milyon dolların ayrılmasını təklif edib.

«Report»un məlumatına görə, sənədin mətnində qeyd olunur ki, maliyyə yardımı 30 sentyabr 2017-ci tarixinədək verilməlidir.

Bildirilir ki, vəsait ölkənin Müdafiə Nazirliyi və dövlət katibinin ixtiyarında olmalı və kadrların hazırlanması, avadanlıq tədarükü, müdafiə xarakterli letal silahların alınması, maddi-texniki təminat və s. məqsədi ilə istifadə edilməlidir.

Nümayəndələr Palatası qanunu nəzərdən keçirməli və bu büdcə layihəsi barəsində müvafiq qərar qəbul etməlidir. Sənəd təsdiq olunacağı təqdirdə, qanun növbəti mərhələdə prezident tərəfindən nəzərdən keçiriləcək.