vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
13:04 | 3 mart 2017 | Cümə Məqaləyə 1623 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranın paytaxtı dəyişir?

Xamneyidən ilginc istək

MÖVZU İLƏ ƏLAQƏLİ

İran parlamentinin 73 deputatı ölkənin dini lideri Ayətullah Əli Xamneyidən paytaxtın Tehrandan başqa bir şəhərə köçürülməsini nəzərdə tutan layihənin həyata keçirilməsinə dəstək istəyib.

İranın Məclis Xəbər Agentliyinin verdiyi məlumata görə, bu barədə danışan deputat Əbulfazl Əbuturabi bildirib ki, Tehran hazırda çox yüklənib, izdihamlı əhali, havanın çirklənməsi, nəqliyyat sıxlığı və zəlzələ riski və digər amillər səbəbindən paytaxtın köçürülməsinə ehtiyac var.

Bu il yanvar ayında 26 kişinin ölümünə səbəb olan Plasko İş Mərkəzindeə yaranan yanğına işarə edən Əbuturabi «bu hadisə Tehranın təhlükəli olmasını göstərir. Bu vəziyyətin paytaxtın başqa bir şəhərə köçürülməsi zərurətini meydana çıxardığını göstərir. Əvvəlki məclis dövründə ölkənin siyasi və hökumət dairələri tərəfindən paytaxtının köçürülməsi haqqındakı layihə dəstəklənmişdi. Buna baxmayaraq Prezident Həsən Ruhani indiyə qədər bu layihənin həyata keçirilməsinə ciddi əhəmiyyət vermədi», deyib.