vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
20:01 | 9 mart 2017 | Cümə axşamı Məqaləyə 1958 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MKİ Putini də dinləyirmiş

«WikiLeaks»dən hər kəsin bildiyi iddia

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gündür ki, dünya mediası qalmaqallı «WikiLeaks» saytının Amerika Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) ələ keçirərək yaydığı minlərlə məxfi sənədi müzakirə edir.

Virtualaz.org xəbər verir ki, Qərb mediasının yazdığına görə açıqlanan sənədlərə əsasən Mərkəzi Kəşfiyyat İdarəsinin hakerləri məxfi kompüter proqramlarının vasitəsilə praktiki olaraq bütün elektron qurğuları, hətta «ağıllı» Samsung televizorlarını da dinləyir. Və dinlənilən şəxslər arasında Rusiyanın rəsmi şəxsləri, o cümlədən prezident Vladimir Putin də olub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, Amerika kəşfiyyatının prezident Putin də daxil olmaqla rəsmi şəxsləri dinləməsi, yaxud buna cəhd göstərməsi haqda yayılanlar «diqqətə layiqdir». Onun sözlərinə görə, Rusiyaya sirr deyil ki, Amerika kəşfiyyatı xarici ölkə rəsmilərini, o cümlədən Rusiya rəsmilərini fəal şəkildə dinləyir. Bununla belə Peskov açıqlanan məxfi məlumatların xüsusi olaraq öyrənilməsinin vacibliyini deyib.

Xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Amerika kəşfiyyatının şəxsən onu dinləmək səyləri haqda çoxdan bilir. Lavrovun sözlərinə görə, belə dinləmələrdən qorunmaq üçün o, həssas mövzulara dair danışıqlara yanında hər hansı telefon olmadan qatılır.