vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:41 | 10 mart 2017 | Cümə Məqaləyə 1981 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TSQ içində qazan qaynayıır

Baş Qərargah həqiqətən narahatdırmı?

Əli BAYRAMOĞLU, «Al-Monitor»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin siyasi həyatında mülki-hərbi münasibətlərin kritik bir əhəmiyyətə sahib olduğu şəksizdir. Hərbi imperatorluğun irsinə hərbi respublikanın sahib olduğu ölkə 93 ildə dörd hərbi çevrilişə, üç müvəffəqiyyətsiz cəhdə səhnə oldu. Bu müddətin üçdə biri sərt idarəçilik altında keçdi və hərbi qəyyumluq rejimi şərtləri ta 2000-ci illərə qədər davam etdi.

2016-cı ilin 15 iyul gecəsi yaşanan bir qrup gülənci hərbçinin törətdiyi, digər bir qrup əsgərin isə passiv şəkildə izlədiyi çevriliş cəhdi bu baxımdan bir çox mənalar daşıyar. 15 İyul hərbi çevriliş cəhdi güləncilərdən qaynaqlanan xüsusi vəziyyətinə baxmayaraq, müdaxiləçi hərbi bir ənənənin geridönüş axtarışını da ifadə etdi.

Çevriliş cəhdi sonrası mülki-hərbçi münasibətləri məsələsi çox həssas mövzudur. O, müzakirəyə, təsbitə və təhlilə məruz qalmağa başladı.

«Ordu içində bölünmə varmı?» Yaxud «Mülki-əsgər münasibətlərində sular duruldumu?» tipli suallar belə bu gün, bunları açıqdan soruşanlara ciddi problemlər yarada biləcək ölçüdədir. Çünki bu suallar sadəcə, masa arxasında müzakirə olunmağa davam etmir, ən azı hər zamanki əhəmiyyətini daşıyır.

Türk mətbuatının admiral gəmisi «Hürriyet» qəzeti bir müddət əvvəl, fevralın 25-də dərc etdiyi, hökumət-ordu-media arasında ciddi böhrana yol açan xəbərlə sözügedən mövzu il bağlı çoxistiqamətli həssaslığın hələ də davam etdiyinə işarədir.

Xəbər Baş Qərargah rəisi Hulusi Akara yönəldilən tənqidlərdən ibarətdir. Yazıda mənbə və ad çəkilmir, amma məlumatın hər istiqamətiylə qərargah, ya da komandan məxrəcli olduğu və ordunun istəyini nümayiş etdirməsi aydındır.

Siyasi iqtidar isə «Qərargah narahatdır» başlığı ilə verilən bu xəbərə böyük təpki göstərdi. Hökumət sözçüsü Numan Kurtulmuş «Hər kəs sözlərinə diqqət yetirməlidir. Hər hansı bir şəkildə başlıq ataraq nə Türkiyə Silhalı Qüvvələrinə (TSQ), nə də hökumətə nizam vermək qeyri-mümkündür», – dedi.

Ərdoğan isə yanına oturtduğu Baş Qərargah rəisinin qarşısında təşkilatlardan çox şəxslərə bağlı bir əlaqə görünüşü içində mətbuatı ittiham edərək «Əvəzini ağır ödəyəcəksiniz», – dedi. Bu sözlərin nəticələri oldu.

«Hürriyet» qəzetinin baş redaktoru vəzifəsindən çıxarıldı, qəzet üzrxahlıq mətni dərc etdi və nəşrə qarşı istintaqa başladıldı.

Olub-bitəni tam olaraq yerinə oturtmaq üçün bu proseslərə üç ayrı bucaqdan baxmaq lazımdır.

Birinci bucaq – hökumətin verdiyi təpkinin ölçüsüdür. Hökumətin təpkisi əsas etibarilə təbii və aydındır. Bu cür, hərbi nüfuzdan gələn, mənbə və ad ehtiva etməyən, siyasi sahə ilə birbaşa əlaqədar açıqlamalar demokratik hüquq dövlətlərində dözümlülüklə qarşılanmır. 15 iyul hərbi çevriliş cəhdinin üzərindən hələ yeddi ay belə keçməyib.

Ancaq ən mühüm olan məsələ Türkiyənin özünə xas təcrübədir. İllərdir, xüsusilə 28 fevral 1997-ci ilin hərbi müdaxiləsindən bu yana, yüksək rütbəli hərbçilərin jurnalistlərə ad vermədən, əlaltından verdikləri açıqlamalar Türkiyənin siyasi yaddaşında mənfi bir yer tutur. Bu, mətbuat vasitəsilə siyasətə təzyiq, istiqamət vermə, zaman-zaman da hərbi xəbərdarlıqlar olaraq qəbul edilir.

Xüsusilə «Qərargah narahatdır» və ya «Əsgər narahatdır» kimi ifadələrinin mənası bu baxımdan bəllidir və bunun bir çox nümunəsi var. Bunları nəzərə alaraq son proseslərin siyasi iqtidara xatırladılan problemli ordu-mülki tarazlığı qədər, problemli mətbuat-ordu münasibətləri, ya da əlaqə vərdişləri ola bilər.

İkincisi bucaq – tənqidin ölçüsüdür. Hökumət işin yalnız bir istiqamətinə, mətbuatın tutumuna vurğu etdi, hərbçilərin məsuliyyətini isə ən azı ictimaiyyət qarşısında görməməzliyə vurdu və «aramızı vurmaq istəyənlər var» tərzli şərhlərlə kifayətləndi. Bunun səbəbləri arasında, yəqin ki, 15 İyulla ordu quruluşunun aldığı zədə, Suriyada aparılan müharibə, siyasi iqtidar-ordu ittifaqı var.

Bununla bərabər, Baş Qərargah rəisi Hulusi Akarın mövqeyinin mülki və hərbi nüfuz arasında kulis narahatlıqlarına və xəbərdarlıqlara gətirib-çıxarmaması düşünülə bilməz.

Üçüncüsü bucaq – bəlkə də işin ən kritik olan qismi, «hərbçinin verdiyi açıqlamanın arxa planı»dır. Bu baxımdan sual olunur: Baş Qərargah rəisi Akar niyə narahatdır? Ən mühüm narahatlığı kimə qarşıdır?

Xəbərin mətni, Baş Qərargahın narahatlığının, ən azı böyük ölçüdə siyasi iqtidardan qaynaqlanmadığını göstərir. Narahatlığın qaynağı və açıqlamanın hədəfi ordu içindən gələn, Baş Qərargah başçısına yönələn tənqidlərdir. Başqa bir ifadəylə, "Qərargah narahatdır" xəbəri ordu içində qazanın qaynadığını göstərir.

Baş Qərargah rəhbərinin narahat olduğu məsələləri, daha doğrusu, tənqidləri (xəbərdə yeddi maddə halında sıralanır) üç ana başlıq ətrafında toplamaq mümkündür.

İlk başlıq – Akarın iqtidar və iqtidar çevrərələri ilə qurduğu yaxın təmasa, məsələn, prezidentlə etdiyi səfərlər və siyasi iqtidarın tamamlayıcısı olaraq oynadığı daxili siyasi rol, məsələn, Kardak qayalıqlarına getməsi, Yunanıstanla gərginliyi artırmaqla bağlıdır.

İkinci başlıq – Gülənin qəzəbinə uğrayan və 15 İyulun arxasında ABŞ-ın dayandığına inanan əksəriyyəti milliyətçi olan zabitlərin bu ölkə ilə əlaqələrin aldığı formaya yönəlik tənqidləri ilə bağlıdır. Məsələn, 2003-cü ildə İraqda türk əsgərlərini həbs edib, başlarına çuval keçirən generalın Akara medal verməsi, ya da Akarın ABŞ Baş Qərargah rəhbərinin ayağına getməsi kimi.

Üçüncü başlıq isə Türk Silahlı Qüvvələrinin illərdir ən böyük həssaslığı olan, irticanın simvolu olaraq gördüyü hicaba sərbəstlik verilməsi ilə bağlıdır. 22 fevral 2016-cı ildə Milli Müdafiə Nazirliyinin etdiyi düzəlişlə qadın zabit və çavuşlara dair hicab qadağası ləğv edilib. Ən mühüm tabunun ləğvi, ənənəvi əsgər tərəfindən əks-düşünülməsi qeyri-mümkün olan qaydanın alt-üst edilməsinin, məlum ordu ideologiyası baxımından, kritik bir mövzu olduğu açıq-aydındır.

Bunlar necə başa düşməlidir?

Akara yönəlik tənqidlər, bir tərəfdən, ordu içindəki müzakirəyə, siyasiləşməyə, ordu-siyasət əlaqələri baxımından əqrəbin aşağı-yuxarı hərəkət etdiyinə işarə edir. Digər tərəfdən, Mətin Gürcanın haqlı bir narahatlıqla ifadə etdiyi kimi, «TSQ getdikcə həm cəmiyyətdə, həm siyasətdə dünyəvi-mühafizəkar müzakirələrdə tərəflərin bir-birlərinə güc nümayiş etdirdiyi məkan və bu müzakirənin (əvəzini hamımızın ödəyəcəyi) obyekti halına gəlir».

Burada müzakirənin, siyasiləşmənin və qərargahın verdiyi açıqlamanın əsl mövzusunu, zənnimizcə, hicab qadağasının qaldırılması təşkil edir. Akar, «Hürriyet» qəzeti nümayəndəsinə məlumat verərkən, «Çadra tənzimləməsində qərargahın fikrinin nəzərə alınmamasını, Baş Qərargah rəhbərliyinin bu məsələdə məsuliyyəti daşımadığını» çatdırmaq ehtiyacını xüsusilə eşitmiş görünür. Belə ki, xəbər mətnində digər tənqidi məsələləri ordunun təkzib etməsi və ya qərargahın təsdiqlədiyinə vurğu olarkən, hicab mövzusunda passiv bir ton önə çıxır. Hicab qadağasının ləğvinin ordu içində təpkiyə gətirib-çıxardığı, Akarın bu məsələdə iqtidarla iş birliyi etmək, ya da tənzimləməyə dirənməklə günahlandırıldığı və bu tənqidlərin ağır təzyiqi altında qaldığı nəticəsi çıxarıla bilər.

O ki qaldı Baş Qərargah rəhbərinin 15 İyul hərbi çevriliş cəhdindən sonra zədələnmiş ordunu sahmana salmağa çalışarkən hökumətin güclü nəzarəti və istiqamətləndirməsi ilə ordu içindəki tənqidlərə məruz qalmasına, bu şübhəsizdir.

Bu proseslər 15 İyuldan sonra ordu-mülki münasibətlərində, iqtidarla ittifaqında gərginlik ünsürlərini ehtiva etdiyinə də işarə edir. Ordu içindəki müzakirələr isə bu tablonun digər istiqamətini təşkil edir.

Təməl olaraq demokratik bir addım olaraq qəbul edilə biləcək hicab qadağasının ləğvinin zamanı və tərzi kritik tarazlıqları təsir edib, orduda mühafizəkar sahədə yaratma, siyasi iqtidar-ordu münasibətlərinin ordunun toxumasına təsir qayğılarını təhrik etmiş görünür.

Türkiyə hərəkətli bir ölkədir, ordu-mülki münasibətləri də elə onun kimidir. (strateq.az)