vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
DÜNYA  
22:42 | 13 mart 2017 | Bazar ertəsi Məqaləyə 2240 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Futbol, içki, donuz ...

Ən gülməli müharibə səbəbləri

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Müharibələr heç də həmişə torpaq, pul və hakimiyyət uğrunda başlamır. Tarixdə bəzən çox mənasız səbəblərdən də müharibələrin baş verdiyi məlumdur. Modern.az ən gülməli müharibə səbəblərini təqdim edir:


Azmış itə görə müharibə


1925-ci ildə oktyabrında Yunanıstan və Bolqarıstan sərhədində 100-dən artıq insanın ölümü ilə nəticələnən hərbi toqquşmalar baş vermişdi. Hər iki ölkə Balkan müharibəsi və Birinci Dünya müharibəsi zamanı əks tərəflərdə vuruşmuşdu. Onlar arasında Qərbi Frakiya və Makedoniya torpaqlarına görə gərginlik yaşayırdılar. Daxili Makedoniya İnqilab Komitəsinin üzvləri Bolqarıstanın Petriç şəhərindən tez-tez Yunanıstan tərəfinə keçərək diversiyalar törədirdilər. 1925-ci il oktyabrın 19-da yunanıstanlı sərhədçinin iti azaraq Petriç şəhərinə keçir. İtinin arxasınca gedən sərhədçi bolqar həmkarları tərəfindən sorğu-sualsız öldürülür. Tabeliyində olan əsgərin cəsədini götürməyə çalışan yunan zabiti də atəşin qurbanı olurdu. Cavab addımı olaraq yunanlar bolqarların sərhəd postunu məhv edirlər. Tərəflər arasında baş verən toqquşmalarda 50-dən artıq insan həlak olmuşdu. Sonradan Millətlər Liqası məsələyə müdaxilə edərək yunan qoşunlarının sərhəddən uzaqlaşdırılmasına nail oldu. Rəsmi Afina Bolqarıstana kompensasiya ödədi. Müharibəyə səbəb olan azmış itin taleyi isə hələ də məlum deyil.


Donuz və kartofa görə müharibə


Donuz 1859-cu ildə Böyük Britaniya və ABŞ arasında müharibəyə səbəb ola bilərdi. Belə ki, 1846-cı ildən bəri Britaniya imperiyası və ABŞ Vankuver şəhərinin yaxınlığında yerləşən San Xuan adasının kimə məxsus olduğunu müəyyənləşdirə bilmirdilər. Hər iki tərəf adanı öz torpağı elan etmişdi. Amerikalılar adanın öz hissələrində kartof əkir, ingilislər isə nəzarət etdikləri yerdə ferma inşa etmişdilər. 1859-cu ilin iyununda amerikalı Liman Katler kartof sahəsinin kənardan gələn donuz tərəfindən dağıdıldığını görür. Donuzun isə adanın ingilislərə aid hissəsində yaşayan ferma sahibi Çarlz Qrifinə məxsus olduğu aydınlaşır. Katler dərhal donuzu güllələyir və buna görə Qriffin 100 dollar kompensasiya tələb edir. Kompensasiya məbləğinin çox olduğunu bildirən Katler ABŞ hərçbilərindən yardım istəyir, Qrifin isə Londona şikayət edir. Tərəflər arasındakı mübahisə genişlənir və avqust ayı üçün artıq adaya 460 ABŞ və 2140 britaniyalı hərbçi yerləşir. San Xuandakı hadisə ABŞ prezidenti Ceyms Byukeneni və Britaniya kraliçası Viktoriyanı təəccübləndirir. Tərəflər adadan ortaq istifadə haqda təcili razılıq əldə edirlər.


Qızıl stula görə müharibə


1990-cu il üçün Afrikadakı aşanti tayfası kraliça Yaa Asantevanın başçılığı ilə Qızıl Sahillər torpaqlarında (müasir Qana ərazisi) ingilis qoşunları ilə 7 dəfə müharibə aparmışdılar. Sonda aşantilər nominal Britaniya hökmranlığını qəbul etmişdilər. Yeni ərazilərin qubernatoru lord Frederik Xocson aşanti tayfası üçün müqəddəs olan və hakimiyyət rəmzi kimi qəbul etdikləri qızıl stulu ələ keçirmək istəyir. Qızıl stulu tapmaq üçün kapitan Sesil Armitajın başçılıq etdiyi dəstə göndərilir. Dəstə kəndlərdən birində qızıl stulun yerini onlara demək istəyəmən bir qrup azyaşlını döyür. Bu amansız addım üsyana səbəb olur. Aşantilərin üsyanı 6 ay davam edir və 3 mindən artıq insanın həyatına son qoyur. Kraliça Asanteva Seyşel adalarına sürgünə göndərilir lakin qızıl stul ondan alınmır.


Spirtli içkiyə görə müharibə


1788-ci ildə baş verən Karansebeş döyüşü Avropa tarixinin ən absurd döyüşlərindən sayılır. 1788-ci il sentyabrın 17-də Avstriya-Türkiyə müharibəsinin qızğın vaxtında 100 minlik avstriyalı qoşun Rumıniyanın Karansebeş şəhəri yaxınlığında mövqe tuturlar. 70 minlik türk ordusunu məğlub edəcəklərinə əmin olan avstriyalılar döyüş meydanına gələndə ərazidə türklərin olmadığını yalnız qaraçı taborunun olduğunu görürlər. Döyüş başlayan qədər qaraçılardan bir neçə yeşik spirtli içki alan avstriyalılar ərazidə məclis qururlar. Əraziyə yeni çatan piyada bölükləri onlar üçün spirtli içkilərin qalmadığını öyrənənə zaman digər qoşun növlərindən olan həmkarları ilə kütləvi davaya başlayırlar. Əraziyə yeni gələn avstriyalı dəstələr türklərlə döyüşün olduğnu zənn edib davaya atılırdılar. Hətta, imperator II İosif də döyüşdən canını çaya tullanmaqla xilas etmişdi. Bütün gecəni bir-biri ilə döyüşən avstriyalılar səhər dağılışırlar. Döyüş meydanında isə 10 min əsgərin cəsədi qalır. Xeyli ləngiyərək Karansebeş şəhərinə çatan türklər hər tərəfdə düşmən əsgərlərinin meyiti ilə rastlaşır və asanlıqla ətraf əraziləri nəzarətə götürür.

 

Futbol müharibəsi

 

Honduras və Salvador arasında gərgin münasibətlər hələ XIX əsrdən mövcud idi. Hər iki ölkə eyni ərazilərə iddia edirdi. İkinci Dünya Müharibəsindən sonra Salvadorun inkişaf templəri Hondurasın qısqanclığına səbəb olurdu. Digər tərəfdən isə salvadorlular Hondurasın ərazi böyüklüyünə və yararlı torpaq sahələrinə həsəd aparırdılar. Salvadorlu kəndlilər kütləvi sürətdə Hondurasa köç edirdilər və bu yerli sakinlərin narazılığına səbəb olurdu. Tez-tez toqquşmalar qeydə alınırdı. Hər şey 1969-cu ildə iki ölkə yığmasının Dünya çempionatının pley-off matçı çərçivəsində görüşü zamanı dəyişdi. İlk matçda Salvador məğlubiyyətə uğradı. Salvadorda keçirilən cavab matçında isə qonaq komanda məğlub oldu. Bunun ardınca, hər iki ölkədə toqquşmalar başladı. San-Salvadorda honduraslı futbolçular döyüldü, Salvadorun vitse-konsulu isə Tequsiqalpada (Hondurasın paytaxtı) döyülmüşdü. Media hər iki ölkədə qızışdırıcı fəaliyyət göstərirdi. Üçüncü və həlledici görüşdə Salvadorun qələbəsindən sonra iki ölkə arasında diplomatik münasibətlər kəsilir, müharibə başlayır. 100 saatdan bir qədər çox davam edən müharibə zamanı 5 mindən artıq insan həlak olur, hər iki ölkənin iqtisadiyyatı tənəzzülə uğrayır. 1970-ci il Dünya çempionatında Salvador yığması qrupda 1 xal belə toplaya bilmir və mübarizəni vaxtından əvvəl başa vurur.