vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ENERGETİKA  
15:35 | 24 mart 2017 | Cümə Məqaləyə 1184 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Neft 40 dollara qədər ucuzlaşa bilər»

Yeni şift nefti inqilabı gözlənilir?

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Maliyyə Nazirliyi dünya bazarlarında neftin 1 barelinin 40 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Nazirliyin gəlir departamentinin rəhbəri Yelena Lebedinskaya neftin ucuzlaşması səbəbilə Moskvanın 12-15 milyard dollar ziyana düşəcəyini deyib.

Bununla belə, onun fikrincə, zəif rubl dövlətin büdcə öhdəliklərini daha asan şəkildə icra etməsinə şərait yaradacaq. Martın 8-dən başlayaraq dünya bazarında neftin ucuzlaşaraq 48-52 dollar civarında hərəkət etməsini davamlı proses adlandrıan Lebedinskaya ABŞ-ın «qara qızıl» bazarına önəmli təsirindən danışıb.

Ekspertlərin fikrincə də, ABŞ energetika bazarında önəmli pay sahibidir. «Argus» şirkətinin proqnozuna görə, neftin bahalaşmasına mane olan ABŞ Energetika Nazirliyi və Beynəlxalq Energetika Agentliyinin neft ehtiyatları ilə bağlı proqnozları və yeni şift nefti inqilabının baş verməsidir. Bu faktorlar Amerikanın neftdən asılılığının azalmasına və artıq alan neftin digər ölkələrə satılması ilə bazarda «qara qızıl»ın ucuzlaşması amilidir.