vaxtlı-vaxtında oxuyun! Şənbə, 11 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:39 | 24 mart 2017 | Cümə Məqaləyə 1870 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İqla» mübahisəsi

Gürcü nazir İrəvanla Tiflis arasına yaşanan söz-söhbətə cavab verdi

Cavid TURAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın Daxili İşlər Nazirliyi Ermənistanın 3 vətəndaşının Ermənistanın keçid-buraxılış məntəqəsindən «İqla» («İynə») zenit-raket kompleksinin keçirilməsi məsələsi ilə bağlı məlumatı diqqətdə saxlayır.

Musavat.com xəbər verir ki, bununla bağlı nazir Georgiy Mqebrişvili açıqlama verib. Ancaq gürcü nazir erməni rəsmilərinin iddialarının təsdiqləməyib.

«Hələlik «İqla» zenit-raket kompleksinin tranzit ölkə kimi Gürcüstandan Ermənistana keçirildiyini təsdiqləmək olmaz. Araşdırmalar gedir, detallar öyrənilir. Biz erməni həmkarlarımızla əlaqədəyik və araşdırmaların gedişi ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq»-nazir jurnalistlərə deyib.

Ermənistan rəsmilərinin iddialarına rəğmən gürcü nazir silah qaçaqmalçılığı prosesində Gürcüstanın iştirakı ilə bağlı ortada dəlillərin olmadığını deyib. «Silahın Gürcüstan vasitəsilə Ermənistana keçirildiyini dəqiq demək çətindir. Onlar belə deyə bilər, ancaq biz araşdırmaları davam etdiririk»,-nazir əlavə edib.

Qeyd edək ki, Ermənistanın milli təhlükəsizlik xidməti 22 martda «İqla» zenit-raket kompleksinin Gürcüstandan keçirilərkən aşkarlandığını, 2 nəfərin hadisə yerində saxlandığını, sifarişçi Qarabağ separatçılarının sabiq «müdafiə naziri» Samvel Babayanın isə bir neçə saat sonra həbs edildiyini açıqlayıb.