vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
18:47 | 24 mart 2017 | Cümə Məqaləyə 1359 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ukrayna ordusunu bacardıqca gücləndirməliyik»

«Rusiya Ukraynada yeni silahlar və müharibə üsullarını sınaqdan keçirir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Kreml Ukraynada və Suriyada hərbi əməliyyatlar zamanı həm də ən yeni silahları və müharibə üsullarını sınaqdan keçirir». Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, belə bir ilginc iddianı NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı, general Kurtis Skaparotti ABŞ Senatının hərbi komitəsindəki dinləmələrdə çıxışı zamanı irəli sürüb.

General həmçinin Ukraynaya yeni silahların verilməsi təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, ukraynalılar Rusiya ilə ağır mübarizə aparır. NATO generalı ukraynalıları həmçinin «intizamlı döyüşçülər» adlandırıb.

«Onlar separatçı deyilən qüvvələrlə mübarizə aparırlar. Əslində isə bunlar Rusiyanın Ukraynadakı əlaltılarıdır. Rusiya onları ölümsaçan silahlarla təchiz edir, habelə orada bəzi yeni müharibə üsullarını təcrübədən çıxarır. Biz Ukrayna Silahlı Qüvvələrini bacardıqca gücləndirməliyik», - deyə general Senata çağırış edib.

«Şadam ki, siz bizim Ukraynadakı dostlarımıza ölümcül silahların verilməsinidəstəkləyirsiniz». Bunu isə dinləmələr zamanı respublikaçı-senator Con Ernest NATO ali baş komandanının fikirlərinə münasibət bildirərkən deyib. «Belə görünür, biz hamımız bununla razılaşırıq. Mən bu barədə administrasiyaya dəqiq şəkildə bildirmişəm və ümid edirəm ki, administrasiya kömək məsələsini tezliklə həll edəcək. Neçə vaxtdır ki, mən Rusiya tərəfinin Ukraynaya məxsus artilleriya qurğularının yerini müəyyən eləmək, habelə ukraynalıların naviqasiyanı əngəlləmək üçün taktiki dronlardan və texnologiyalardan istifadə etməsini böyük narahatlıqla izləyirəm», – senator söyləyib.

«Biz bu xüsusda Ukraynaya xəbərdaredici sistemlər verməliyik ki, onlar bütün bunlara, rus əlaltılarınınetdiklərinə qarşı duruş göstərsinlər», – NATO generalı bu qəbildən narahatlıqlarla bağlı sualı cavablandırarkən deyib.