vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
16:43 | 5 aprel 2017 | Çərşənbə Məqaləyə 1815 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan neftinə görə?

Xüsusi xidmət maskalıları «Ukrnafta»nın ofisində axtarış aparır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Baş prokurorluğun müstəntiqləri ilə birlikdə «Ukrnafta» şirkətinin ofisində axtarışa başlayıb.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, xüsusi xidmət maskalıları ofisin dəmir qapılarını və pəncərələrin dəmir barmaqlıqlarını «laqunda» isə kəsərək içəri daxil olublar. Hələlik axtarışın səbəbləri barədə məlumat verilmir, ancaq ilkin ehtimallara görə axtarış şirkətin oliqarx İqor Kolomoyskinin adamları tərəfindən idarə olunduğu dövrdə keçirdiyi hərraclarla bağlıdır.

Şirkətdə axtarış aparılması barədə qəarı Kiyevin Peçora rayon məhkəməsi çıxarıb. Qərarda deyilir ki, «Ukrnafta»nın əməkdaşları hərraclarda neft satarkən onun sıxlığı haqda yalan məlumatlar təqdim ediblər. Bu da dövlətə 140 milyn qriven ziyan vurulmasına səbəb olub. «Ukrnafta»nın nəzarət səhm paketi dövlətə məxsusdur.

Ali Radanın deputatı Viktoriya Voytsitskaya axtarışla bağlı özünün «Facebook» səhifəsində yazıb ki, bu, «Privat» şirkətlər qrupu və Azərbaycan neftinin alınması ilə əlaqəli ola bilər. Deputatın sözlərin görə, «Ukrnafta»nın ofisindəki «maski-şou» əslində «haqq-hesab çürüdülməsi»dir. Belə ki, «Privat» şirkətinin «Ukrnafta»nın başı üzərindən ucuz Azərbaycan neftini alması şirkəti müfis olma həddinə gətirib çıxarıb.

«Son bir neçə ayda «Privat» qrupun majoritar səhmdarı olduğu Kremençuq neftayırma zavodu «Ukrnafta»dan neft almır, Azərbaycandan almağa üstünlük verir. Deputatın bildirdiyinə görə, Azərbaycan neftinin alınmasından sonra «Ukrnafta» seytnotdadır, neft çıxarır, pul almır, neft anbarları ağzına kimi doludur. Şirkətin maliyyə vəziyyəti acınacaqlıdır», - deputat bildirir.

«Privat» Ukraynanın iri maliyyə-sənaye qrupudur. Onun mülkiyyətçiləri oliqarxlar Gennadi Boqolyubov, İqor Kolomoyski və Aleksey Martınovdur.

«Ukrnafta» isə bildirir ki, şirkətin eyni zamanda Kiyevdəki mərkəzi ofisində və daha dörd regional ofisində axtarışlar aparılıb. Məqsəd 2013-2015-ci illərdə keçirilən hərraclarda yol verilmiş pozuntular barədə faktları araşdırmaqdır. Şirkət bu iş üzrə hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirir.