vaxtlı-vaxtında oxuyun! Bazar, 18 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9267 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1743 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3163 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MƏMLƏKƏT  
12:13 | 23 aprel 2017 | Bazar Məqaləyə 1142 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaxın zamanlarda arxeoloji qazıntılar başlayacaq

İmişlidə Makedoniyalı İskəndər dövrünə aid yaşayış məskəni aşkarlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il aprelin 11-də AMEA Arxeologiya İnstitutuna İmişli sakini Rüstəmov Məmmədağa Xəlil oğlu tərəfindən rayonun Qızılkənd kəndi ərazisində gümüş sikkələrdən ibarət dəfinənin aşkar edilməsi barədə məlumat daxil olmuşdur.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sikkələrdən birinin təsviri M.Rüstəmov tərəfindən institutun elektron ünvanına göndərilib. Sikkənin fotosuna baxış keçirilərkən onun avers (üz) tərəfində təsvirin Makedoniyalı İskəndərə (e.ə. 336-323) aid olduğu müəyyən edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin göstərişi ilə Numizmatika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev və İmişli arxeoloji ekspedisiyasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev Qızılkəndə ezam ediliblər. Kənd sakini Həsənov Ehtiram Hümbət oğlu tapdığı 9 ədəd sikkəni A.Quliyevə təhvil verib.

Dəfinənin aşkarlandığı yerə baxış keçirən arxeoloqlar burada antik dövrə aid yaşayış yeri və nekropolun olduğunu müəyyən ediblər.

Qeyd edək ki, antik dövrə aid sikkə dəfinələri bundan qabaq 1958-ci ildə Şamaxıda (Xınıslı kəndi), 1966-cı ildə Qəbələdə və 1972-ci ildə Ağsu (Nüydi kəndi) rayonu ərazisində tapılıb. Qeyd edilən dəfinələrdən fərqli olaraq, İmişli dəfinəsi yalnız Makedoniyalı İskəndərin gümüş draxmalarından ibarətdir. Hazırda dəfinə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsində tədqiq edilir. Yaxın zamanlarda dəfinənin aşkar edildiyi ərazidə arxeoloji tədqiqat işlərinə start veriləcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *