vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
13:39 | 23 aprel 2017 | Bazar Məqaləyə 2103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şimali Koreya Avstraliyanı nüvə zərbəsi ilə hədələyib

Pxenyan Vaşinqtonun siyasi kursunu dəstəkləyən dövlətləri hədələyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreya Avstraliyanın Pxenyanla münasibətlərdə ABŞ-ın siyasi kursunu rəhbər tutmağa davam edəcəyi təqdirdə bu ölkəyə nüvə zərbəsi endirəcəyi ilə hədələyib.

APA-nın «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, bu barədə ABC telekanalına KXDR XİN-in nümayəndəsi bildirib.

Məlumata görə, qeyd olunan bəyanat Avstraliya XİN rəhbəri Culi Bişopun bir neçə gün əvvəl verdiyi müsahibəyə cavab olub. C.Bişop müsahibəsində Şimali Koreyanın nüvə proqramının Avstraliya üçün ciddi təhlükə yaratdığını bildirib. C.Bişop Avstraliyaya zərbə endirilə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət yenidən ötən ilin əvvəlindən gərginləşib. Buna səbəb Pxenyanın nüvə sınaqları keçirməsi və ballistik raketlər atması olub.