vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
20:17 | 5 mart 2014 | Çərşənbə Məqaləyə 2521 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xəzərdə təhlükəli virus!

Sahilyanı ərazilər nəzarətə götürülür

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Mazandaran əyalətinin Baytarlıq İdarəsinin rəisi Məcid Bəxtiyarinin sözlərinə görə, Xəzər dənizindəki kefal balıqları virusa yoluxub. Ona görə də bu növ balıqların istifadəsi zərərlidir və qadağan olunur.

M.Bəxtiyari deyib ki, Xəzər dənizində kefal balıqlarının ölüm halları günbəgün artır: «Ölmüş kefal balıqlarının üzərində analizlər aparılıb. Bu balıqlarda aşkarlanan xəstəlik həm insan, həm də heyvan üçün təhlükəlidir. 45 gün ərzində ölmüş kefal balıqlarının üzərində aparılan analizlərin yekun nəticələri açıqlanacaq. Ona görə də əhalinin hələlik bu növ balıqları yeməsini məsləhət görmürük».

Baytarlıq İdarəsinin rəisi kefal balıqlarının xəstələnməsinə səbəb kimi sənaye və məişət tullantılarının çaylar vasitəsilə dənizə axıdılmasını göstərib və deyib ki, çayların çirkli suyu kefal balıqlarının virusa yoluxmasına səbəb olub.

Bu xəbərlərə əsaslanaraq, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanın Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə Dövlət Baytarlıq Xidmətinə göstəriş verib.

Xidmətin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, göstərişə uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkəmizin Xəzər dənizi sahili rayonlarının baytarlıq idarələrinə telefonoqram göndərib.

Telefonoqramda ölkəmizin dəniz sahili ərazilərində monitorinq keçirilməsi, ərazidə ölmüş və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələrin götürülməsi, müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılmasına dair ciddi tapşırıq verilib.