vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
16:28 | 10 mart 2014 | Bazar ertəsi Məqaləyə 2186 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruslar hospitalı zəbt etdilər

Tibbi personala xəstəxananı tərk etməyə icazə verilmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya hərbçiləri Simferopolda Ukraynaya məxsus hərbi hospitalı zəbt etdilər. Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, hospital zəbt olunan zaman orada 20 ağır xəstə olub və onlardan bir neçəsi reanimasiyada imiş.

Hospitalı zəbt edənlər müəssisənin rəhbərini hospital ərazisindən kənara çıxararaq, onu işə buraxmayıblar. Rus hərbçilər tibbi personalı isə kluba yığaraq onların başqa yerə getmələrinə icazə vermirlər.

Bundan başqa, bu gecə rus hərbçiləri qara dənizdəki daha bir hərbi raket hissəsini zəbt edib və oradakı ukraynalı hərbçiləridən silahları təhvil edərək, ərazini tərk etməyi tələb ediblər.