vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 13 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
17:19 | 4 iyun 2022 | Şənbə Məqaləyə 617 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Severodonetskdə küçə döyüşləri

İşğalçılar körpünü partladaraq şəhərlə əlaqəni kəsməyə cəhd edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya qoşunları Severodonetskə hücumu davam etdirir. Luqansk vilayətinin başçısı Sergey Qaydayın sözlərinə görə, Rusiya ordusu itkilər verir, lakin onlar şəhəri nəzarət altına almağa cəhd etməkdə davam edirlər.

O, şəhərdə küçə döyüşlərinin getdiyini bildir. Vilayət rəhbərinin dediyinə görə, Rusiya əsgərləri Severodonetskidə daha bir körpünü atəşə tutmaqla şəhərlə əlaqəni kəsməyə cəhd ediblər.

Sergey Qaydadın sözlərinə görə, iyunun 3-də Severodonetsk və Lisiçanskda azı altı hündürmərtəbəli binaya ziyan dəyib. Bundan əlavə, Qorskoye şəhərində ana və uşaq atışma nəticəsində həlak olub. Bundan başqa bir neçə gün əvvəl Qorskoye və Zolote şəhərlərində mülki əhali arasında həlak olan və yaralanalar olub.