vaxtlı-vaxtında oxuyun! Cümə, 10 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:46 | 9 iyun 2022 | Cümə axşamı Məqaləyə 958 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lavrov Ankaradan İrəvana gedib

Rusiya XİN rəhbəri Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın xarici işlər naziri Ankaradan İrəvana gedib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ikitərəfli münasibətləri müzakirə edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bir gün öncə verdiyi məlumata görə, görüşdə Qarabağ münaqişəsi ilə bağlı 2020-ci il noyabrın 10-u və 2021-ci il yanvarın 26-da Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında əldə olunmuş razılaşmaların icrası da müzakirə olunacaq.

Bundan başqa Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Bu, 2021-ci ilin avqustunda Mirzoyanın Ermənistanın xarici işlər naziri vəzifəsinə təyin edilməsindən sonra nazirlərin beşinci təkbətək görüşüdür.

Sergey Lavrov Yerevana iyunun 8-də Ankaradan gəlib.

Onun səfər zamanı həmçinin, baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçatryanla da görüşü nəzərdə tutulub.