vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
13:05 | 14 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 657 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hizbullaha silah tədarük ediblər

Öldürülən SEPAH zabitləri ilə bağlı yeni iddia

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 12-də öldükləri elan edilən İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hava Qüvvələrinin iki zabiti Məhəmməd Əbdus və Əli Kamani ilə bağlı yeni iddia ortaya çıxıb.

Məlumata görə, onlar Livanda “Hizbullah” üçün silah hazırlanması, tədarükündə iştirak ediblər.

İran rəsmilərinin iddialarının əksinə olaraq onların ölüm səbəbinin qəza olmadığı bildirilir.

Qeyd edək ki, İranın Mərkəzi Əyalətinin Korpusu bazar günü bəyanat yayaraq, SEPAH-ın aerokosmik bölməsinin üzvü Əli Kamaninin Xomeyn şəhərində “yol qəzası nəticəsində” və “vəzifəsini yerinə yetirən zaman” öldüyünü elan edib.

Eyni gündə başqa bir xəbərdə İran İslam Respublikasının Müdafiə Nazirliyi  açıqlama yayaraq bu nazirliyin Məhəmməd Abdus adlı hərbi əməkdaşının “missiya zamanı” öldürüldüyünü açıqlayıb.

Məlumata görə, iki fərqli bölgədə ayrı-ayrılıqda baş verən iki nəfərin ölümü iş və ya avtomobil qəzası deyil və onlar öldürülüb.