“Təxribatları Moskva törədir”
“Kremlin bu taktikası SSRİ-dən qalma strategiyanın davamıdır”
Təhməz ƏSƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
“Hücum şimaldan olacaq”
“III Dünya müharibəsinə 4 milyondan çox hərbçi qatılacaq!”
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
“Laçında alternativ yolun tikintisinin tamamlanması ərəfəsində ermənilərin Laçını minalamasından tutmuş, Azərbaycanın mövqelərini müntəzəm olaraq atəşə tutmasına kimi baş verən son olaylar Rusiyanın götürdüyü öhdəliyini pozmağa çalışan Ermənistanın öhdəsindən gələ bilmədiyi və mümkün olmayan daha bir böyük müharibəyə başlamaq istəməsi yox, Rusiyanın regionda münaqişə ocağı axtarmasından irəli gəlir”. Bu sözləri amerikalı analitik İrina Tsukerman deyib.
Amerikalı siyasi şərhçi bildirib ki, Rusiya öz himayəsində olan dövlətləri öz mənafeyi üçün qurban verir: “İkinci Qarabağ müharibəsindən bəri Rusiya Cənubi Qafqazda üstünlüyünü itirir, bu da bir tərəfdən müharibədə oynadığı roldan sonra Türkiyənin artan iqtisadi təsirinə, bir tərəfdən də Rusiyanın keçmiş sovet ölkələrinə siyasi müdaxiləsinə qarşı ümumi ehtiyatsızlığına görədir. Ukraynadakı müharibədən sonra beynəlxalq nüfuzunu itirdiyinə görə, Rusiyanın regionda təsir qalıqlarını saxlamaq üçün ən yaxşı variant, köhnə Soyuq Müharibə strategiyası olan “münaqişəli ərazi” prinsipindən istifadə etməkdir.
Bu, eynilə Sovet İttifaqının öz ərazilərində etnik və dini münaqişələri qızışdırmaq üçün istifadə etdiyi, lakin dağılandan sonra da davam etdirdiyi strategiyanın davamıdır.
Revanşizmə baxmayaraq, iqtisadi cəhətdən sabitləşmək və Avropa İttifaqından yardım almaq Ermənistanın maraqlarına uyğundur. Əgər Ermənistan işğalçı dövlət kimi görünsə, bunun baş verməsi ehtimalı azdır. İkinci Qarabağ müharibəsinin təbliğat kampaniyasının effektli olma ehtimalı indi Qərbin Azərbaycana enerji üçün ehtiyacı olduğu bir vaxtda daha da çoxdur.
Lakin Rusiya öz himayəsində olan dövlətləri öz maraqları üçün qurban verməkdən çəkinmir. Bu da bəzi cəbhələrdə ermənilərlə əməkdaşlıq edərək sülhməramlıların birgə faydasız, üçtərəfli bəyanatlara zidd hərəkətlərinə, məkrli davranışlarına şərait yaradır. Əgər Rusiyanın təşviqi olmasaydı, Ermənistan belə təxribatlara əl atmağa cürət etməzdi.
İ.Tsukerman B.Consonun istefasının belə Rusiyanı Ukraynada məğlub etmək üçün kollektiv Qərbin gördüyü işlərə mane olmayacağını da sözlərinə əlavə edib:
Boris Conson bu son münaqişədə Ukraynanın sabit dostu olub, lakin o, növbəti baş nazirin təyin edilməsi üçün son tarix olan təxminən oktyabr ayına qədər heç yerə getməyəcək. Hələlik onun istefası yalnız partiyanın liderlik roluna təsir edir, keçid prosesi gedir.
Conson, əgər onu aşağı dartan qalmaqallardan kənarda ciddi bir iz buraxmaq istəyirsə, çox güman ki, Ukraynaya indiyə qədər etdiyi yardımı ikiqat artırmalı və yardım göstərməkdə daha effektiv olmalıdır. Amma yenə də onun baş nazir kimi edə biləcəyi işlərin hədləri, sərhəddi var”. (Milli.az)