vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
20:37 | 17 iyul 2022 | Bazar Məqaləyə 683 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xameneyinin müşaviri hədələdi

“İranın nüvə bombası hazırlamaq üçün imkanı var və hücum etməyə hazırıq”

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

“İranın nüvə bombası hazırlamaq üçün imkanı var və İsrailə hücum etməyə hazırıq”. Bunu İranın beynəlxalq əlaqələr üzrə strateji şurasının rəhbəri Kamal Xərazi deyib.

Amerika və İsrail bu yaxınlarda İranın nüvə silahı əldə etməyəcəyinə dair söz versələr də, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi Tehranın nüvə bombası yaratmaq üçün texniki imkanlara malik olduğunu və İsrailə dərinliklərinə zərbələr endirməyə hazır olduğunu deyib.

Strateji şuranın rəhbəri qeyd edib ki, İran bir neçə gün ərzində uranın zənginləşdirilməsi səviyyəsini 20 faizdən 60 faizə qaldıra bilib və bu səviyyəni asanlıqla 90 faizə çatdıra bilər.

Xərazi nüvə danışıqlarının dirçəldilməsi üçün davam edən danışıqlar barədə də bildirib ki, Amerika tərəfindən danışıqların qorunub saxlanması ilə bağlı heç bir zəmanət yoxdur və bu, istənilən mümkün razılaşmanı çətinləşdirir.

Əli Xameneyinin müşaviri raket proqramı və İranın regional siyasətləri ilə bağlı istənilən danışıqları təslim olmaq kimi qiymətləndirib.

“Qonşu ölkələr tərəfindən təhlükəsizliyimizin hədəfə alınması bu ölkələrin və İsrailin birbaşa cavab zərbələrimizlə  qarşılanacaqlarına səbəb olacaq”, – deyə, Xərazi bölgədə İran təhdidinə qarşı yaranacaq koalisiya ilə bağlı məsələyə münasibət bildirərkən deyib.