USQ strateji körpünü vurub
“Nə qədər ki gec deyil Xersonu tərk edin”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Cəbhədə ehtiyaclar daim dəyişir”
Ukrayna PUA istehsalına hazırlaşır
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda strateji əhəmiyyətli körpüyə zərbə endiriblər. Əraziyə Rusiya tərəfindən təyin edilən rəsminin sözlərinə görə, zərbə ABŞ-ın Ukraynaya göndərdiyi raket sistemi ilə həyata keçirilib.
Dnepr çayı üzərindən keçən Antonovski körpüsü Ukrayna tərəfinin zərbəsindən sonra çərşənbə günü bağlanıb.
Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş administrasiya rəhbərinin müavini Kirill Stremousov deyib ki, körpü çərşənbə axşamı zərbəsi nəticəsində dağılmasa da, körpünün yol hissəsi çuxurlarla doludur.
Stremousov bildirib ki, Ukrayna qüvvələri zərbəni həyata keçirmək üçün Yüksək Hərəkətli Artilleriya Raket Sistemindən (HİMARS) istifadə edib.
Bu körpü Rusiyaya Ukraynanın cənubundakı qüvvələrini təchiz etməyə imkan verən əsas xətdir.
Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixaylo Podolyak çərşənbə günü “Twitter” vasitəsilə körpü zərbələrini qeyd edərək, bunu Rusiya qüvvələrinin xəbərdarlıq kimi qəbul etməli olduqlarını bildirib.
Podolyak əlavə edib ki, ruslar ya “çayı üzərək keçməyi öyrənməli”, ya da “nə qədər ki gec deyil Xersonu tərk etməlidirlər”.